30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8821)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5617)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5516)
Əzrayılın bala paylamaqlığı (5494)
Kölgənin kölgəsi (5465)
Seçki kəşfləri (5410)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Britaniyalı fizik Houkinq dünyanın nöqtədən yarandığını deyir
09:55 07-09-10
Dünyanın ən məşhur alimlərindən biri, Britaniyalı asrtofizik Stiven Houking dünyanın tanrı tərəfindən yaradılmadığını deyib.

   

   Əvvəlki əsərlərində Kainatın, çox ehtimal ki, ali zəka tərərfindən yaradıldığını deyən alim özünün yeni kitabında yazır ki, dünya heç nədən əmələ gəlib.

   

   Onun yeni nəzəriyyəsinə görə, Kainat obyektiv fiziki qanunlar nəticəsində yaranıb və onun əmələ gəlməsini ali zəka ilə əlaqələndirmək olmaz.

   

   Onun gələn həftə işıq üzü görəcək "Böyük Yaradılış" adlı yeni kitabında tanınmış alim belə bir sual qaldırır: "Kainata yaradıcı lazım idimi" və bu suala birmənalı "xeyr" cavabını verir.

   

   Müasir təsəvvürlərə görə, Kainat "Böyük Partlayış" adlandırılan amil nəticəsində yaranıb və Houkinqin dediyinə görə, həmin Böyük Partlayış hansısa möcüzəli təsadüf sayəsində yox, tam izah olunan səbəblər nəticəsində əmələ gəlib.

   

   Houkinq yeni əsərində yazır ki, cazibə qanununa əsasən, Kainat heç nədən yarana bilərdi və yaranmalıydı da.

   

   Boşluqdan, yəni, heç nədən nəyinsə əmələ gəlməsinin səbəbi məhz spontan yaranmadır.

   

   Bu, Kainatın, bizim mövcudluğumuzun səbəbidir. Partlayışa təkan verib aləmi, necə deyərlər, işə salmaq üçün heç də tanrı lazım deyildi, deyir alim.

   

   Houkingin yeni əsəri İsaak Nyotonun nəzəriyyəsi ilə ziddiyyətə girir. Nyutonun nəziriyyəsi isə buyurur ki, Kainatı tanrı yaradıb. çünki dünya xaosdan, heç nədən yarana bilməzdi.

   

   Tanrının mövcud olmamasına sübutlardan biri kimi Stiven Houkinq 1992-ci ildə Günəş Sistemi xaricindəki ulduzların ətrafında fırlanan kiçik planetlərin aşkar edilməsini gətirir.

   

   Bizim Günəş sistemimizdə planetar şəraitlərin təsadüfi bir-birinə uyğun gəlməsi, yəni, yeganə Günəşin olması və Günəş kütləsinin Günəşlə Yer Kürəsi arasındakı məsafə ilə uğurlu kombinasiyası bugünlər artıq o qədər də əhəmiyyətli deyil və bu, artıq Yer Kürəsinin məhz və yalnız insanlar üçün yaradıldığına ciddi dəlil ola bilməz.

   

   Houkingin yeni kitabı onu göstərir ki, son illər astrofizikin elmi baxışları dəyişib. 1998-ci ildə 10 milyon tirajla buraxılmış və dərhal bestsellerə çevrilmiş "Zamanın Qısa Tarixi" adlı kitabında Stiven Houkinq yazırdı ki, Kainat və həyat, çox ehtimal ki, ali zəka, yəni, tanrı tərəfindən yaradılıb.

   

   Houkinqin yeni fikirləri alimlər tərəfindən heç də birmənalı qarşılanmır. Beynəlxalq Elm və Din Cəmiyyətinin prezidenti, professor George Ellis Houkinqin bəyanatlarını zərərli hesab edir.

   

   "Məncə, - deyir o, - bu bəyanatların ən böyük qüsuru ondadır ki, onlar cəmiyyətləri "elm və ya din" seçimi qarşısında qoyur, belə bir seçim qarşısında qalan insanların çoxu isə "yaxşı, belədirsə, onda mən dini seçirəm" deyə bilər. Və belə bir halda uduzan yalnız elm olacaq".

   

   Stiven Houkinq əzələ-hərəkət apparatının xəstəliyindən əziyyət çəkir. Əlil arabasına möhtac qalan alim insan danışığını sintez edən apparat vasitəsi ilə danışır. O, bir neçə dəfə evli olub, onun 3 uşağı və bir nəvəsi var.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws