12 Avqust 2010-cı il N 145(3034)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Məsciddə eşq macərası...
Göyçayın axundu ilə bağlı araşdırma aparılır

Göyçayda şəhər məscidinin axundu Əsgər Babayevin ibadət evində azyaşlı qızla sevişməsini əks etdirən video kadrlar yayılıb. Lent.az-ın bölgə müxbirinin məlumatına görə, avqustun 10-dan rayon sakinlərinin mobil telefonlarında yayılmış bu video-çarx artıq "Facebook" sosial şəbəkəsinə də yerləşdirilib.

   Video-çarxda axundun məscidin içində azyaşlı qızla sevişməsi ilə bağlı səhnə əksini tapıb. Axund Əsgər Babayevlə bağlı video mobil telefon vasitəsilə məsciddə ibadət edənlər tərəfindən gizli çəkilib.

   Məlumata görə, axund qızla tanış olan zaman ona namaz qılmağı və "Qurani-Kərim"i oxumağı öyrədəcəyini bildirib və bu məqsədlə qızı məscidə dəvət edib. Hətta qızı bir oğlanla tanış edərək onları nişanlayıb və kəbinini də özü kəsib. Molla özünü də qıza siğə (molla kəbini) edib. Video kadrların yayılmasından sonra Axundun rayon hüquq-mühafizə orqanlarına dəvət edilərək dindirildiyi bildirilir. Hazırda Göyçay dindarları, sadə insanlar, ziyalılar Əsgər Babayevin rayonu tərk etməsini tələb edirlər.

   Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Əsgər Babayevin mövqeyini öyrənmək istəyib. Amma o heç bir media nümayəndəsi ilə danışmaq istəmədiyini bildirərək, telefonunu qapadıb.

   Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev isə Lent.az-a açıqlamasında belə bir hadisədən xəbərdar olmadıqlarını söyləyib. Bununla belə, o deyib ki, elə bizim müraciətimizdən dərhal sonra məsələ ilə dəqiqləşdirmə aparılacaq: "Biz elə bu gün sizin suallarınız əsasında ciddi araşdırma aparacağıq. Əgər belə hal baş veribsə, onun mahiyyəti öyrəniləcək və müvafiq tədbirlər görüləcək".

   Hacı Salman deyib ki, bu yaxınlarda Masallıda da oxşar hadisənin baş verdiyi barədə məlumatlar yayılmışdı. Ancaq onun sözlərinə görə, QMİ bu məsələni araşdırdıqdan sonra məlum olub ki, həmin şəxs məscidin axundu deyilmiş: "O adamın da bizə aiddətiyyəti yox idi, adi bir müsəlman kimi məscidə gəlib-gedirmiş".

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə Lent.az-a bildiriblər ki, Göyçayda belə bir hadisənin olduğu barədə məlumatlar var. Hazırda həmin məlumatların həqiqət olub-olmadığını öyrənmək üçün komitə tərəfindən də araşdırma aparılır.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Avqust 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws