20 Yanvar 2012-cı il N 222(3802)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Mövqe dəyişikliyi (1044)
"Ən böyük arzum" (1005)
Qıcıq yaradan hərəkat (948)
Bu gün birlik günü ola bilərdi... (947)
Yulian Semyonovun on yeddi anı (734)
"Getsin, getməsin?" dartışması (729)
İnhisara alınan İP (698)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Bu gün birlik günü ola bilərdi...

Müxalifət üçün bu gün əsl birlik günü ola bilərdi. Belə ki, Şəhidlər Xiyabanını birlikdə ziyarət etmək daha effektiv nəticə verə bilərdi, nəinki ora iki-bir, üç-bir, ayrı-ayrılıqda getmək...

   

   Müxalifətdə "çevir tatı, vur tatı"dır. Gah bir müddət iqtidar-müxalifət dialoqu gündəmdə olur, bu məsələ çözülməmiş birlikdən dəm vururlar. Düşərgənin ən sevimli mövzularından biri, bəlkə də birincisi hər prezident seçkisinə 1-2 il qalmış vahid namizəd məsələsidir ki, mövzu yenidən aktuallaşıb.

   Vahid namizəd söhbətini bu dəfə AXCP sədrinin Ukraynada yaşayan müşaviri Fəhmin Hacıyev yada salıb. Düzdür, o bu məsələnin birdəfəlik yığışdırılmasının tərəfdarıdır, amma deyə gərək, vahid namizəd söhbəti vardı ki, bunu da yığışdırsınlar? Hacıyev hesab edir ki, bütün müxalifət qüvvələri seçkiyə qatılsa, ikinci tur qaçılmaz olar. Və bundan sonra az səs toplayanlar növbəti tura keçən müxalifətçiyə səs verməlidirlər. Görəsən, Fəhmin bəy özü öz təklifində səsləndirdiklərinin keçəcəkli olacağına inanırmı?

   F.Hacıyevin təklifi bununla yekunlaşmır. O, indidən koalisiya hökumətinin qurulmasını də təkliflərinin sırasına əlavə edib. Elə təklif olaraq qalacaq təkliflərdən növbətisi. Nədən ki, bununla bağlı bir müddət əvvəl düşərgədə təklif səslənəndə, heç kəs bunun müzakirəsinə həvəsli görünmədi.

   Fəhmin Hacıyevdən fərqli olaraq, AMİP sədri Yusif Bağırzadə vahid namizəd məsələsini ikiəlli dəstəkləyənlərdəndir. Baxmayın ki, AMİP ölkədə fəaliyyət göstərən yaxşıdan-pisdən bir-iki blok var, heç birində təmsil olunmur, amma lazım gəlsə, partiya növbəti prezident seçkisində öz namizədi ilə iştirak etməz. Təki vahid namizəd müəyyənləşsin. Y.Bağırzadə özü də bilir ki, bu, alınan iş deyil, yenə də təklifini səsləndirir. Necə deyərlər, tutar qatıq, tutmaz da ayran.

   AMİP sədri ümumiyyətlə, müxalifəti nəticədən ötrü vahid mövqedən çıxış etməyə çağırır. Bu çağırışı o, İP-də olanda da dəfələrlə səsləndirib. Amma özü səsləndirib, özü də eşidib. Heç kəs də buna əhəmiyyət verməyib. Bunun nəticəsidir ki, AMİP İP-in Koordinasiya Şurasından çıxıb.

   İndi AMİP daha ciddi məqsədlərə nail olmaq üçün çiynini ağır missiyanın altına verib. O biri partiya sədrləriylə görüşən AMİP sədrinin məqsədi odur ki, kim hansı təşkilatı hansı məqsədlə yaradırsa yaratsın, amma sonda düşərgədə ortaq mövqeyə gəlinsin. Y.Bağırzadə hesab edir ki, müxalifətdə birlik olsa, dəyişiklik edilməsi gözlənilən "Siyasi partiyalar haqqında" qanuna sanballı əlavələr edilə bilər. AMİP sədrinə görə, birləşə bilsələr, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə də bağlı vahid təkliflər paketi ortaya çıxara bilərlər. Yusif bəy güman edir ki, düşərgədə birlik olsa, müxalifət partiyalarının ictimai təşkilat səviyyəsinə düşməsinin qarşısı alınar. Kəsəsi, Yusif Bağırzadə müxalifətin birlikdən başqa yolunun olmadığı qənaətindədir.

   Belə birlik söhbətləri çox eşitmişik. Amma ortalıqda birlik demirəm, buna bənzər heç nə görünmür.

   Öz aramızdır, müxalifətin bir araya gəlməsi üçün bu gün ən yaxşı fürsətiydi. Şəhidlər Xiyabanına ayrı-ayrılıqda getməkdənsə, oranı birlikdə ziyarət etmək daha yaxşı olmazdımı? Bu gündə də birləşə bilməyən müxalifətin bundan sonra birləşəcəyini də heç gözləməyin...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws