24 Yanvar 2012-cı il N 223(3803)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Mövqe dəyişikliyi (1044)
"Ən böyük arzum" (1005)
Qıcıq yaradan hərəkat (948)
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Nəticə verən aksiyalar

Taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırıldı. İndən belə taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış ili 5 ildən artıq olan avtomobillərə də icazə veriləcək. Bizdə də narazılıqlar nəticə verərmiş...

   

   Nəqliyyat Nazirliyinin ölkə ərazisində köhnə avtomobillərdən taksi kimi istifadə edilməsinə qoyduğu qadağa yaman sərt qarşılanmışdı. Bu qərar elan olunar-olunmaz, taksi sürücüləri birlik nümayiş etdirərək, etiraz aksiyalarına başlamışdılar. Düzdür, keçirilən başqa aksiyalarda olduğu kimi, şoferlərin də piketləri dağıdılır, onlar da döyülürdülər, bununla belə, sürücülər iki ayaqlarını bir tormoza dirəyib inadlarından dönmürdülər ki, dönmürdülər. Hətta bu cür aksiyaların birində sürücülərdən biri intihara cəhd göstərmişdi. Belə ki, Nəbi adında bir sürücü lezvanı ağzına ataraq, özünü öldürmək istəmişdi. Yaxşı ki, polislərimiz müxalifətin keçirdiyi aksiyalarda şüar səsləndirənlərin səsini kəsmək üçün istifadə etdikləri boğmaq metodundan həmin piketdə yararlana bilmişdilər, yəni sürücünü boğaraq, onun lezvanı udmasına mane olmuşdular.

   Görünür, Nəqliyyat Nazirliyində oturanlar sürücülərin bundan da betər üsullara əl atacağından ehtiyatlanaraq, verdikləri qərara dəyişiklik ediblər. Belə ki, dünəndən taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Artıq bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış ili 5 ildən artıq olan avtomobillərə də icazə veriləcək. Qısası, avtomobillərin buraxılış ilindən 5 il keçməsi məsələsi ləğv edilib. Nəqliyyat Nazirliyindən bunu belə izah ediblər: "Elə avtomobillər var ki, bunlar həmin vaxtdan əvvəl buraxılsa da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verir".

   Elə bilirsiniz, nazirlik bu qaydanı qorxusundan dəyişib? Əsla. Nəqliyyat Nazirliyi quruma edilən çoxsaylı müraciətləri, hazırda taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin bir hissəsinin texniki vəziyyətinin normal olduğunu, eyni zamanda belə avtomobillərin çoxunun yenicə alındığını nəzərə alıb. Di gəl, bu qərar heç də bütün taksi sürücülərinin hirsini soyutmayacaq. Elə bilməyin ki, nazirliyin bu qərarından sonra taksi fəaliyyəti üçün bütün avtomobillərə lisenziya veriləcək. Yox, NN-in dediyi dedikdir: "Keçmiş SSRİ və indiki Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaq, taksilərin hamısı xarici maşınlar olmalıdır", vəssalam-şüttamam. Bu da son deyil. Lisenziya verilməsi üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı və lisenziya üçün qoyulan parametrlərə cavab verməlidir: "Maşınların texniki vəziyyəti ciddi surətdə araşdırılacaq, texniki tələblərə cavab verən səviyyədədirsə, ona lisenziya veriləcək".

   Nəsə, xarici maşını olanların işi düzəldi. Baxarsınız, indi də sovet maşınıyla "taksovat"lıq edənlər aksiyalara başlayacaqlar. Amma Nəqliyyat Nazirliyinin day güzəştə gedəcəyini heç kim gözləməsin. Nədən ki, belə olsa, sürücülərin ayaqları yer alar...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws