25 Yanvar 2012-cı il N 224(3804)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Mövqe dəyişikliyi (1044)
"Ən böyük arzum" (1005)
Qıcıq yaradan hərəkat (948)
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (438)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Yeni hərəkat kimindir?

Həmişə belə olub. Dörd-beş partiya bir qurum yaratmağına peşman olur. O dəqiqə onun haqqında "bu qurumu filankəs yaradıb", "bəhmənkəsə xidmət edən təşkilatdır" kimi fikirlər dolaşır. Yeni yaranan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı da bundan xali ola bilmədi...

   

   İctimai Palatada təmsil olunanların sayı-hesabı yoxdur. Demək olar ki, ölkədə fəaliyyət göstərən bütün müxalifət partiyalarının, hətta Yeni Azərbaycan Partiyasının belə üzvlərindən İP-də üzvlər var. Amma İP yaranandan üzübəri bu qurumun adı AXCP və Müsavatla hallandırılır. Kimi dindirirsən, İP-də ancaq və ancaq bu iki partiyanın söz yiyəsi olduğu deyilir. Düzdür, Müsavatla AXCP-dən hər dəfə deyilənlər təkzib olunur, amma camaatın ağzını yığmaqmı olar?

   İndi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında təmsil olunan partiyalardan bəziləri də bilsəydilər ki, indi onların yaratdıqları hərəkat da kiminsə adıyla hallandırılacaq, vaxtında heç İP-i AXCP ilə Müsavatın yaratdığını deməzdilər. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. Yəni, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının bünövrəsi qoyulan kimi bu qurumu Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevin adıyla bağladılar. Di gəl, bu qurumda təmsil olunanlar, eynən AXCP və Müsavat kimi deyilənləri yaxın buraxmırlar. Məsələn, KXCP sədri Mirmahmud Mirəlioğlu yeni hərəkatın Rəsul Quliyevin adıyla hallandırılması fikriylə barışmayaraq, bu formada təqdimatın hərəkata və Rəsul Quliyevə qarşı olan kampaniyanın tərkib hissəsi sayır. O biri partiya sədrləri kimi R.Quliyev də bu hərəkatın formalaşdırılması və təşkilatlanması prosesində iştirak edib. Bəs belədə niyə məhz onun adı bu qədər çəkilir? Niyə demilər ki, bu hərəkatı Mirmahmud Mirəlioğlu yaradıb? Niyə söyləmirlər ki, yeni hərəkat Qulamhüseyn Əlibəylinindir? Niyə bu hərəkat Fuad Əliyevin, Əhməd Orucun, Vaqif Mahmudovun adıyla yox, məhz Rəsul Quliyevin adıyla hallandırılır? KXCP sədri deyir ki, qurumun ACP-nin və Rəsul Quliyevin adı ilə bağlanması həm də birbaşa Quliyevə və onun lideri olduğu ACP-yə qarşıdır.

   Elə ALDP sədri Fuad Əliyev də Mirmahmud Mirəlioğlunun dediklərini deyir. "Digər partiyaların rəhbərləri kimi R.Quliyev də yeni hərəkatın yaradılması ilə bağlı aparılan müzakirələrdə iştirak edib və sonda yekun qərar qəbul olunub".

   Yaxşı, bəs bu fikirlər hardan qaynaqlanır? Yeni hərəkatın R.Quliyevin adıyla bağlanmasında məqsəd nədir? Gəlin, qurumda təmsil olunanların özlərini dinləyək. M.Mirəlioğlu hesab edir ki, bu təqdimat həm hakimiyyətin, həm Hərəkatı qısqanclıqla qarşılayanların, həm də hərəkatı özlərinə alternativ görənlərin vahimələnməsindən irəli gəlir: "Bunun başqa bir adı yoxdur, reallığa da uyğun deyil".

   F.Əliyev də güman edir ki, bəs beş partiyanın zəhməti bahasına formalaşan bir qurumun adının Rəsul Quliyevlə hallandırılması hərəkatda narazılıq yaratmaq üçün ortaya atılmış fikirlərdir.

   Nəsə, kimsə od olmayan yerdən tüstü çıxdığını görübmü?!
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws