26 Yanvar 2012-cı il N 225(3805)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Mövqe dəyişikliyi (1044)
"Ən böyük arzum" (1005)
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"Qarabağ"ın birlik təklifi alınacaqmı?

İndiyədək müxalifət düşərgəsində səslənən birlik təkliflərini saymaqla bitməz-tükənməz. Amma ortalıqda olanları saymaq üçün bir əlin barmaqları da çoxluq edir. Nədən ki, bizimkilərin təklifləri ancaq və ancaq sözdə olur, işə gələndə hərəsi yaxasını bir qırağa çəkir...

   

   Azərbaycan müxalifətində növbəti birlik söhbəti gedir. Daha doğrusu, təzə-təzə başlayıb. Bu dəfə yeni birlik modeli təklifi "Qarabağ" blokundan gəlib. Blokun təklif etdiyi model gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərinə hesablanıb.

   Bilənlər bilir, bilməyənlərə də qısaca deyim ki, "Qarabağ" blokunu ADP ilə Ümid Partiyası formalaşdırıb. Ötən ilin yayında bir neçə partiyanın ara-sıra yığışıb müxalifətin birliyi ilə bağlı müzakirlər apardığı zaman bu blokda təmsil olunanlar da digər partiyalar kimi hərəkət edərək, danışıqlardan imtina etmişdi. Əgər həmin vaxt danışıqlar baş tutsaydı, indi bəlkə də heç "Qarabağ"ın yeni birlik təklifinə ehtiyac qalmazdı.

   ADP ilə "Ümid"in bloku ölkə müxalifətini bu ilin martından gec olmayaraq, vahid cəbhə formalaşdırmağa çağırır. Blokun bircə istəyi var ki, hər kəsin birləşdiyi qurumlara (burda güman ki, elə ADP ilə "Ümid"in öz bloklarıyla yanaşı, İctimai Palata və Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı nəzərdə tutulur) toxunmadan gələn il keçiriləcək prezident seçkisində vahid namizəd və vahid komanda ilə iştirakı şərtləndirən birlik yaradılsın. İllərdi müxalifətdə vahid namizədlə bağlı müzakirlər gedir, amma hər seçki ərəfəsində bu məsələ ortaya atıldığı kimi də, aradan çıxarılır. Əmin ola bilərsiniz ki, bu dəfə də belə olacaq. Demək, "Qarabağ" blokunun səsləndirdiyi təkliflərdən birinin heç müzakirəyə ehtiyacı olmayacaq.

   Blokun təklifləri bununla yekunlaşmır. "Qarabağ"ın üzvü olan partiyaların başbilənləri dövlət strukturlarında təmsilçiliyin birliyə daxil olan partiyalar arasında bərabər bölünməsini, bu ilin 9 ayı ərzində həmin strukturların gələcək islahat paketinin partiyalar tərəfindən hazırlanaraq vahid sənəd halına gətirilməsini, ictimaiyyətə təqdim edilməsini də təkliflər sırasına salıb. Üstəlik blok təklif edir ki, növbəti prezident seçkisində iştirak etmək istəyən partiya sədrləri vahid namizədin öz aralarından seçilməsinin formasını müəyyən etsin, paralel olaraq digər vəzifələri də (məsələn, baş nazir, parlament sədri, Prezident Administrasiyasının rəhbəri, xarici işlər naziri) bölsün. Vəzifə bölgüsü bizim yaralı yerimizdir. Müxalifətdə kimi dindirsən, özünü ən yüksək vəzifəyə layiq biləcək. Vəzifə bölünərkən, dava düşməyəcəyinə heç kəs zəmanət verə bilməz. "Siyasi mənsubiyyət qadağan olunan dövlət strukturlarında təmsilçilik vətəndaş cəmiyyəti nümayəndələrindən təşkil olunsun". Düşərgə təmsilçiləri illərdi vəzifə həsrətiylə alışıb-yanırlar, indi onlar dura-dura, başqalarının kreslolara sahib durmalarını heç bir müxalifətçi sinirə bilməz. Deməli, bu təklif də keçərli sayılmayacaq.

   Öz aramızdır, belə çıxır ki, "Qarabağ" blokunun da birlik təklifi elə təklif olaraq qalacaq...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws