26 Yanvar 2012-cı il N 225(3805)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Mövqe dəyişikliyi (1044)
"Ən böyük arzum" (1005)
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"Hərəkatımız siyasi blok deyil"
Qulamhüseyn Əlibəyli: "Biz seçkidə təkbaşına iştiraka daha çox meylliyik"
"Yeni qurumun kiminsə adıyla bağlanması düzgün deyil"

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Məclisinin formalaşması qaydaları müəyyənləşib. Hərəkatın İdarə Heyətinin üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin dediyinə görə, Məclisdə siyasi partiyaların hər birindən 5 nəfər, ictimai və qurumun rayon təşkilatlarının hərəsindən 1 nəfər təmsil olunacaq. İdarə Heyətinin təqdimatı ilə fərdlər də üzvlüyə qəbul ediləcəklər. İdarə Heyətinin növbəti iclaslarında Məclis üzvlüyünə təqdimatlar olacaq. Tərkib bəlli olduqdan sonra isə Məclisin ilk iclasının tarixi müəyyənləşəcək. Q.Əlibəyli bizi qurumla bağlı maraqlandıran digər sualları da cavablandırıb.

   

   - Demokatik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının hədəfi nədən ibarətdir?

   - Hədəfimiz ölkədə demokratik seçki mühitinə nail olmaqdır. Yəni, cəmiyyətdə elə bir mühit yaratmaq lazımdır ki, insanlar azad, sərbəst seçmək imkanına malik olsunlar.

   - Gələcəkdə başqa təşkilatlarla əməkdaşlığınız nəzərdə tutulubmu?

   - Bəli. Əsasnamədə də qeyd olunub ki, təşkilatın məqsədləri istiqamətində digər siyasi partiyalarla, ictimai təşkilatlarla, hərəkatlarla əməkdaşlıq edə bilərik.

   - Konkret olaraq İctimai Palata ilə əməkdaşığı mümkün sayırsız?

   - Bəli, konkret olaraq demokratik seçki mühitinin yaradılması istiqamətində İctimai Palata ilə əməkdaşlıq mümkündür.

   - Hərəkatı Rəsul Quliyevin yaratması nə dərəcədə doğrudur?

   - Hesab edirəm ki, bu, yanlış təsəvvürdür. Çünki Rəsul Quliyevin rəhbərlik elədiyi təşkilat Hərəkatın təsisçilərindən biridir və eyni zamanda yeganə deyil. Yəni Hərəkatda digər partiyalar, ictimai təşkilat da var. Uzun müddət bu Hərəkatın yaradılması barədə məsləhətləşmələr gedirdi və yekunda belə bir qərar çıxdı. Bu Hərəkatı heç kimin adıyla bağlamaq düzgün olmazdı. Bu, ümumi siyasi partiyaların, ictimai təşkilatların birgə yaratdığı qurumdur.

   - Bəzi qəzetlərin yazdığına görə, Rəsul Quliyevlə əlaqədə olanların "qara siyahısı" hazırlanır. Bu barədə nə deyə bilərsiniz?

   - Bu barədə məlumatım yoxdur.

   - Ümumiyyətlə, partiyanız DCUMH-yə qoşulduqdan sonra sizə hakimiyyət tərəfindən hər hansı bir təzyiq olubmu?

   - Yox. Nə Hakimiyyət tərəfindən, nə müxalifət tərəfindən hansısa bir təzyiq hiss etmirik.

   - Hərəkat olaraq, qarşıdan gələn prezident seçkilərində necə iştirak edəcəksiniz?

   - Müqavimət Hərəkatının tərkibində biz demokratik seçki mühitinin yaxşılaşdırılması istiqamətində addımımızı atacağıq. Amma eyni zamanda biz ayrıca partiya olaraq seçkidə iştirakın tərəfdarıyıq. Düzdür, hələ dəqiq müəyyənləşdirməmişik ki, hansı formada iştirak edəcəyik. Qarşıda hələ vaxt çoxdur. Amma hər halda seçkidə təkbaşına iştiraka daha çox meylliyik. İndi bunu gələcək göstərəcək. Seçkiyə kimi yerli təşkilatların möhkəmləndirilməsinə, formalaşmasına daha çox fikir verəcəyik.

   - Bəs Müqavimət Hərəkatının seçkidə vahid namizədlə iştirakı mümkündürmü?

   - Müqavimət Hərəkatı bu gün seçki bloku, siyasi blok deyil. Ona görə də hələ ki, onun qarşısında belə bir məsələ durmur. Hərəkatın qarşısındakı konkret məsələ cəmiyyətdə azad seçki mühitinin formalaşması ilə bağlı olan bir məsələdir. Gələcəkdə təbii ki, istənilən məsələni müzakirə etmək olar. Amma yenə deyirəm, hələ bu gün o gündəlikdə deyil.

   - İstərdik ki, bir hüquqşünas kimi Fransa senatında "erməni soyqırımı"nı inkara görə cəza qanununun qəbuluna münasibət bildirəsiniz. Bu qanun insan hüquqlarına nə dərəcədə ziddir?

   - Prinsip etibarilə bu, Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinə, həm Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, həm Avropa İnsan Hüquqları Konvensiyasına, həm də Fransanın öz konstitusiyasına ziddir. Əslində azadlıq Fransa inqilabının və Fransanın əsas şüarlarından biri kimi daim irəli çəkilib. Çox təəssüf ki, Fransa Senatı bu qanunu qəbul eləməklə məhz azadlığa qəsd eləmiş oldu. Hesab edirəm ki, bu, çox mürtəce qanundur. Əslində bu qanunu qəbul eləməklə Fransa parlamenti, ümumiyyətlə Fransanın dövlət başçısı da daxil olmaqla, Avropada bir erməni faşizminin mühitini formalaşdırmağa çalışırlar. Güman edirəm ki, bu qanun axırda onların özlərinə qarşı çevriləcək.

   - Qeyd etdiniz ki, bu qanun Fransa konstitusiyasına da ziddir. Bununla bağlı Fransa senatında da bir qrup senator Fransa Konstitusiya Məhkəməsinə şikayət etmək istəyir. Belə bir ehtimal varmı ki, Konstitusiya Məhkəməsi məlum qanunu ləğv eləsin?

   - Mümkün olan məsələdi. Orda Konstitusiya Tribunalı deyilən bir qurum var, onlar bu məsələyə baxa bilər. Bu qurum qanunların konstitusiyaya uyğunluğuna nəzarət edir. Düzdür, orda bu quruma müraciət eləmək proseduru mürəkkəbdir. Səhv eləmirəmsə, müəyyən sayda - 60 senator bununla bağlı çıxış edə bilər. Hər halda, hesab edirəm ki, həmin quruma müraciət etmək istiqamətində işlər davam etdirilsə, yaxşı olar.

   - Deyək ki, Fransada bir türk "erməni soyqırımı"nı inkar etdiyinə görə həbsə alındı. Təbii ki, müvafiq məhkəmə prosedurundan sonra həmin vətəndaşın öz hüquqlarını qorumaq üçün Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Sizcə, bu zaman İnsan Hüquqları Məhkəməsi həmin vətəndaşın şikayəti üzrə hansı qərarı çıxara bilər?

   - Avropa Məhkəməsi təbii ki, hər hansı bir qanunun Avropa Konvensiyasına uyğun olub-olmaması barədə rəy vermir. Sadəcə olaraq həmin qanunun tətbiqi zamanı dövlətin vətəndaşın hüquqlarına, yəni Konvensiyada təsbit olunmuş hüquqlarına əməl edib-etməməsinə nəzarət edir. Bu baxımdan hesab edirəm ki, Avropa Məhkəməsi də düzgün yol tutacaq. Çünki bu məhkəmə siyasi orqan deyil, orda daha çox hüquqşünaslar əyləşiblər. İnsan Hüquqları Məhkəməsi həmin qanunun Fransa Konstitusiyasına zidd olduğunu yox, Avropa Konvensiyasının tələblərini qeydə ala bilər. Bundan başqa Beynəlxalq İnsan Hüquqları Məhkəməsinə müraciət barədə də düşünmək olar. Düzdür, onun da prosedur qaydaları aydınlaşdırılmalıdır. Bu məsələ artıq kütləvi şəkildə vətndaş hüquqlarının bir qanunla dövlət tərəfindən pozulmasıdır.

   - Yeri gəlmişkən, Senatın qərarından sonra Azərbaycanda Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən qovulması barədə çoxsaylı çağırışlar var. O cümlədən partiyanızın üzv olduğu DCUMH də bununla bağlı bəyanat verib. Sizcə, Azərbaycan hakimiyyəti Fransanın həmsədrliyindən imtina edəcəkmi?

   - Ümumiyyətlə, Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı təklif yeni deyil. Mən 2008-ci ilin prezident seçkilərində də bu təkliflə çıxış etmişəm ki, Fransa artıq öz tərəfsizliyini itirib, ermənilərin aparıcı tərəfdaşına çevrilib. Hesab edirəm ki, indi Azərbaycan hakimiyyəti qəti addım atmalı və Fransadan həmsədr kimi imtina etməlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan hakimiyyəti özündə cəsarət tapmalıdır.

   - Hazırkı məqamda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclasının çağrılmasına ehtiyac varmı?

   - Normal təklifdir. Bu, İctimai Palata tərəfindən irəli sürülüb. Hesab edirəm ki, Türkiyə-Azərbaycan strateji əməkdaşlığı ilə bağlı məsələ mütləq gündəmə gəlməli və Azərbaycan çalışmalıdır ki, bu məsələ ilə bağlı və bundan sonrakı proseslərlə bağlı Türkiyə ilə öz fəaliyyətini əlaqələndirsin. Çox təəssüf ki, bunu görmürük və Azərbaycan hakimiyyəti məhz uzun müddət susmağa üstünlük verdi. Yalnız qanun qəbul olunandan sonra müəyyən bəyanatlarla çıxış etdi. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu gün Türkiyə ilə bir yerdə olmaması yanlış bir addımdır və Azərbaycan hakimiyyəti başa düşməlidir ki, bu erməni faşizmi bu gün təkcə Türkiyəyə qarşı yox, eyni zamanda Azərbaycana qarşı da mübarizə aparır.

   - Prezidentlərin Soçi görüşü də nəticəsiz qaldı. Siz 2012-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir irəliləyiş gözləyirsizmi?

   - Güman etmirəm ki, irəliləyiş olsun. Çünki həmsədrlərin biri özünü doğrultmur, eyni zamanda Rusiya da ermənipərəst mövqeyindən çıxış edir, ABŞ da daim çalışır ki, Azərbaycan güzəştə getsin.

   
Aqil ASLAN
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws