Təbrizdə 700 yaşlı
tarixi hamam söküləcək
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində 700 yaşı olan tarixi bina söküləcək. APA-nın məlumatına görə, bu barədə Təbriz bələdiyyəsinin rəhbəri Əlirza Novin məlumat verib.
Onun sözlərinə görə, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tezliklə "Xiyaban" hamamı söküləcək. Qeyd edək ki, bu şəxsin əmri ilə əvvəllər də Azərbaycana məxsus bir çox tarixi binalar sökülüb.