27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (438)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"Düz addım atdığıma əminəm"
Rüstəm İbrahimbəyov: "Qanun qəbul olunsa, ordeni zərfə qoyub Fransa səfirliyinə göndərəcəyəm"

"Fransada baş verən hadisələrdən sonra bu qərarı qəbul etmək mənim borcum idi. Mənim üçün burada qeyri-adi bir şey yoxdur". Bunu Fransa ordenindən imtina edən Azərbaycanın xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov "SİA"ya müsahibəsində deyib. Tanınmış yazıçı atdığı addımı ədalətli hesab edir.

   

   - Fransa ordenindən imtina etməyiniz senatda qəbul edilən qərara cavab oldu?

   - Mənim bu addımım qeyri-adi hesab edilməməlidir. Deyə bilmərəm ki, mən bu adımımla cəsarətlilik və ya qəhrəmanlıq nümayiş etdirmişəm. Təbii ki, hər bir azərbaycanlı vətəndaşı kimi mən də Türkiyə-Azərbaycan nümayəndəsi kimi bu qanuna belə reaksiya vermişəm və addımımda düz olduğumu düşünürəm. Çünki bu, Fransaya yaraşmayan, demokratiyaya zidd qanundur. Bu qanun bizləri, bütün türk dünyasını çox çətin vəziyyətə qoyub. Ona görə də onların bu addımına qarşı Fransa ordenindən imtina etmək qərarına gəldim.

   Uzun illərdir ki, Fransa ilə böyük işlər görməyimizə, mədəniyyət sahəsində çox əhəmiyyətli əlaqələrimiz olmasına baxmayaraq, Fransa bir qərarla bunların qarşısını alacaq. Əməkdaşlığıma gəlincə, Fransa ilə birlikdə çəkilən "Şərq və Qərb" filmim "Oskar" nominasiyasında iştirak edib. Bu ordeni öz zəhmətimlə qazanmışam. Bəzi qəzetlər bunu medal kimi təqdim edib, amma bu medal deyil. Fransa ordeni ölkənin ən yüksək mükafatlarından biridir və mənə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərimə görə verilib. Bu orden ilk dəfə Napoleon vaxtında tətbiq olunub və bu günə kimi müxtəlif incəsənət xadimlərinə verilib. Bütün bu əməkdaşlıqlar, ali mükafata layiq görülməyimə baxmayaraq, Fransada baş verən hadisələrdən sonra bu qərarı qəbul etmək mənim borcum idi. Mənim üçün burada qeyri-adi bir şey yoxdur.

   - Ordendən imtina etməyinizlə bağlı Fransa hökumətinə məlumat vermisinizmi?

   - Hələ ki, Konstitusiya Məhkəməsinin qərarını gözləyirəm. Konstitusiya Məhkəməsi bu qərarı təsdiq edən kimi ordeni Fransanın Azərbaycandakı səfirliyinə təqdim edəcəyəm. Hazırda mənim kimi hamı gözləyir ki, prezident Nikola Sarkozi bu qanunu qəbul edəcək, ya yox? Bu yaxınlarda qanun təsdiqlənəndən sonra 60 deputat Konstitusiya Məhkəməsinə müraciət edib ki, bu qanunun qəbul edilməsinə razı deyillər. Qanun qəbul olunsa, bu ordeni zərfə qoyub Fransanın Azərbaycandakı səfirliyinə göndərərək ondan imtina edəcəyimi bildirəcəyəm.

   - Bu günə kimi Azərbaycan Fransa ilə mədəni sahələrdə nə kimi əməkdaşlıq edib?

   - Bizim Fransa vətəndaşları, mədəniyyəti ilə əlaqəmiz olub. Azərbaycanda hər ay Fransa filmləri göstərilir, oradan gələn mədəniyyət xadimləri ilə görüşürük. Bununla da Fransa mədəniyyətini kütləyə yaymaq və təbliğ etməyə, təzə xəbərləri azərbaycanlılara çatdırmağa çalışırıq. Bütün bunlar mədəni işlərdir. Təbii ki, Fransa senatının qəbul etdiyi qərar təsdiqlənərsə, bütün bu əlaqələr gələcəkdə davam etdirilməyəcək.

   - "Azərbaycan-Fransa" mədəni əlaqələr cəmiyyətinin prezidenti kimi necə düşünürsüz, bütün bunlar iki ölkə arasındakı mədəni əlaqələrə necə təsir göstərəcək?

   - Təbii ki, çox və olduqca mənfi. Çünki bu qanunu qəbul edəndən sonra inanmıram ki, bizim əlaqələrimiz yaxın bir neçə ildə normal olsun. Düşünürəm ki, bizim təşkilatın üzvləri, ümumiyyətlə, heç kim Fransa ilə əlaqə saxlamağa maraq göstərməyəcək.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws