27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (412)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Birlik təklifi növbəsi

Müxalifətdə birlik təklifi ilə çıxış etmək dəb halını alıb. Yuxudan tez duran birlik təşəbbüsü irəli sürür. Düşərgədə o qədər "birlik" deyib, "birlik" eşidirlər ki, bir azdan bu sözü deyəndə özləri də qıcıqlanacaqlar...

   

   Gözlənildiyi kimi də oldu, "Qarabağ" blokunun birlik təşəbbüsünü digər bloklar və partiyalar dəyərləndirmədilər. Ayrı cür də ola bilməzdi, axı. Nədən ki, bizdə heç kəs özgəsinin təklifinə qiymət verməyi sevmir.

   Birlik təkliflərinə başqaları "hə" desələr də, İctimai Palatadakılar "yox" deyəcəklər, buna əmin ola bilərsiniz. Səbəbi də sadədən sadədir, bu qurumdakılar özlərindən başqa kimsəni bəyənmirlər. Deyirlər ki, varsa da İP-dir, yoxsa da, müxalifətdə vahid ünvan da elə bu qurum olmalıdır, vəssalam. Bu səbəbdən də İP-dəkilər başqa birlik təkliflərini yersiz sayırlar.

   İndiyədək müxalifətin birlik təkliflərinə normal yanaşan Azadlıq Partiyasının sədri Əhməd Orucun da üzü Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına keçəndən sonra dönüb. Müxalifətin birləşməsi ilə bağlı səslənən fikirlərin artıq dəb halını aldığını deyən Ə.Oruc hamının növbə ilə birləşmədən danışdığını, hamının da birləşməyə mane olan mövqedən çıxış etdiyini bildirir. Bu səbəbdən də artıq "Azadlıq" sədri belə təşəbbüsləri ciddi saymır. DCUMH-nin həmtəsisçisi iş görmək istəyənləri fəaliyyətini ortaya qoymağa çağırır. "Heç bir iş görməyən, bacarığı olmayanlar, ictimai rəydə, gündəmdə qalmaq üçün hamı birləşməlidir" demək artıq xəstə bir hal alıb. Kim kimlə birləşmək istəyir, getsin birləşsin. Düşüb qapı-qapı hamını çağırırlar, ələm gəzdirənlərə oxşayırlar. Nə qədər belə yersiz təşəbbüslər olar?"

   Vallah, Əhməd bəyin birlik təşəbbüsünə niyə belə aqressiv yanaşdığını heç anışdıra bilmədim. Axı, kimsə təklif verməlidir də, təşəbbüs havadan ha olası deyil.

   İndiyədək az təklif eşitməyən, elə özləri də kifayət qədər belə təşəbbüsdə bulunan VİP sədri Əli Əliyev də, deyəsən, birlik ideyalarına barmaqarası baxır. Bəlkə də adamın ağzı belə təkliflərdən yandığından, artıq bu təşəbbüsləri dəyərləndirmir. Bilir ki, onsuz da deyiləcək, söyləniləcək, amma axırda yenə ortaya bir iş çıxarılmayacaq.

   "Qarabağ" bloku kimisə zorla bu danışıqlara cəlb eləmək fikrindən uzaqdır. Blokda təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu deyir ki, əgər müxalifət partiyaları tərəfindən müsbət cavab gəlsə, danışıqlara başlanılacaq: "Əgər birmənalı şəkildə desələr ki, biz bu ideyanı kökündən qəbul etmirik, o zaman heç bir danışıq keçirilməyəcək".

   Nəsə, müxalifətdə adəti üzrə növbəti birlik təşəbbüsü top-tüfənglə qarşılandı. Belə getsə, "Qarabağ" bloku təklifini doğulmamış dəfn edəcək. Görəsən, təklif növbəsi kimindir?!
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws