27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (438)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Qızıl bir aydır bahalaşır

Qızılın qiymətində artım davam edir. Artıq bir aydır "nəcib metal" ardıcıl bahalaşır. Ötən qısa müddətdə qızılın qiyməti 1547 dollardan 1716 dollara yüksəlib.

   2011-ci ilin dekabrın 29-da xalis qızılın (999,99 əyar) bir Troya unsiyasının (31,1 qram) qiyməti 1547 dollar olmuşdu. Ondan sonra qızılın dəyəri davamlı artmağa başladı. Nəticədə qiymətli metal bir ay ərzində 11 faiz (169 dollar) bahalaşaraq dünən 1716 dollara çatıb. İndi xalis qızılın bir qramı 55 dollardır.

   Qızılın yenidən bahalaşması qlobal iqtisadiyyatla bağlı 2012-ci il üçün verilən pessimist proqnozlarla izah edilir. Hər zaman olduğu kimi, bu dəfə də investorlar çətin anlarda qızılı "sakit liman" - ən təhlükəsiz aktiv kimi görürlər.

   Qeyd edək ki, qızılın qiyməti son iki gün ərzində 50 dollar və ya 3 faiz yüksəlib ki, bunu da mütəxəsislər ABŞ Federal Ehtiyatlar Sisteminin ( FES, Mərkəzi Bank rolunu oynayır) verdiyi qərarla əlaqələndirir.

   FES ABŞ-da faiz dərəcəsini son 3 ildə olduğu kimi 2014-cü ilin sonuna qədər də artırmayacağını bildirib. Hazırda mövcud olan 0-0,25 faizlik səviyyə FES-i qane edir.

   FES-in belə bir açıqlama verməsi dolların məzənnə itkisinə səbəb olub. Həm ABŞ-ın özündə, həm də xarici bazarlarda dolların zəiflədiyi görünür. Avro isə qısa müddətdə ABŞ valyutası qarşısında dəyər qazanaraq $1,29-dan $1,31-dək möhkəmlənib.

   Öz növbəsində, dolların dəyərdən düşməsi qızılın bahalaşmasına əlavə stimul verib.

   
Vasif
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws