BVF:
İran neftinə
embarqo
"qara qızıl"ı
30% bahalaşdıra bilər
Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, İrandan neft ixracının dayandırılması dünya bazarında neftin 20-30 faiz bahalaşmasına səbəb ola bilər.
Bu, Avropa Birliyinin İran neftinə embarqo tətbiq etməsindən sonra BVF-nin neftlə bağlı ilk şərhidir.
Qeyd edək ki, bu günlərdə dünya iqtisadiyyatının inkişaf göstəricilərinə dair proqnozunu yeniləyən BVF bəyan etmişdi ki, qlobal iqtisadi artımın zəifləməsi ilə bağlı 2012-ci ildə neftin qiyməti 4,9 faiz düşəcək və "qara qızıl"ın illik orta qiyməti 99,09 dollar təşkil edəcək.
İndisə BVF bildirir ki, İrana sanksiyaların nəticələrinin Liviya inqilabında olduğu kimi, təhlükəli və irimiqyaslı olacaq: sanksiyalar İranın neft ixracı işini poza və İrandan sutkalıq neft ixracı 1,5 milyon barel azala bilər. Hazırda İranın neft ixracı gündə 2,6 milyon bareldir.
BVF ekspertlərinə görə, əgər İran Fars körfəzinə girişi bağlamaq barədə təhdidini yerinə yetirmək qərarına gəlsə, nəticələr daha dramatik olacaq: "Hörmüz körfəzinin bağlanması regionda geopolitik gərginliyi artıracaq və analoqu olmayan qeyri-stabillik yaradacaq".
"Reuters" xəbər verir ki, Fondun bu xəbərdarlığı ABŞ hökumətinə təzyiqləri artırır. Vaşinqton çalışır ki, Qərb İrandan neft ixracını azaltsın və eyni zamanda, neftin qiyməti kəskin qalxmasın.
A.Həmid