İrana sanksiyalar
"Statoyl"a şamil edilməyəcək?
Avropa Birliyinin yanvarın 23-də İran neftinə qoyduğu embarqo və digər sanksiyalar Norveçin "Statoyl" şirkətinə şamil olunmayacaq.
APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, şirkətdən İrandan yenə də LPG (mayeləşdirilmiş karbohidrat qazı) idxalını davam etdiriləcəyi bildirilib. Bundan əlavə, "Statoyl" İranın "Cənub Bəbir" layihəsində iştirak edir, kəşfiyyat işləri aparması üçün sərmayə yatırıb. Ona görə də Norveç şirkətinin bunun qarşılığı olaraq bir müddət əvvəl bu ölkədən LPG idxal etməyə başladığı qeyd olunur. Bu səbəbdən İran borcunun əvəzini ödəyənədək "Statoyl" Avropa Birliyinin sanksiyalarından kənarda qalacaq.