27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
İrandan embarqoya əks-hücum
Tehran AB ölkələrini qabaqlayaraq neft ixracını özü dayandıracaq

Avropa Birliyinin İran neftinə embarqo qoymasına rəsmi Tehran qəfil reaksiya verib. Bəlli olduğu kimi, AB üzvü olan ölkələrin xarici işlər nazirlərinin yanvarın 23-də Brüsseldə keçirilən toplantısında İrandan xam neft alışına dərhal qadağa qoyulması qərara alınıb. İndiyədək bağlanmış anlaşmalar üzrə öhdəliklər üçünsə 1 iyul 2012-ci ilədək vaxt qoyulub.

   Tehran isə əks-hucuma keçərək AB-yə üzv ölkələrə neft ixracını dərhal dayandırmaq fikrindədir. Bu həftənin sonunda İran parlamentində AB ölkələrinə neft ixracının dərhal dayandırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Böyük Britaniyanın "Financial Tayms" qəzetinə açıqlama verən İran parlamentinin enerji komissiyasının sözçüsü Emad Hüseyni deyib ki, qanun Məclisdə qəbul olunarsa, Avropa Birliyinin İran neftinin idxalına qarşı sanksiyası başlamazdan əvvəl Tehran bu ölkələrə neft ixracını dayandıracaq. O, qanun layihəsinin ən gec bazar günü parlamentdə müzakirəyə çıxarılacağını bildirib.

   İran parlamentinin digər deputatı Naser Sudani isə "Tehran Times"a açıqlamasında deyib ki, Qərbin İran neftinə embarqosu bumeranq effekti verəcək, Avropa ölkələri İran neftini heç nə ilə əvəzləyə bilməyəcəklər və "qara qızıl"ın qiyməti əhəmiyyətli dərəcədə artacaq: "Ona görə də avropalılar İran neftini vasitəçilər vasitəsilə almağa məcbur olacaqlar ki, bu da onların xərclərini kifayət qədər artıracaq".

   "Financial Tayms" yazır ki, İran neft ixracını bu günlərdə dayandırarsa, ən çox iqtisadi böhranla üzləşmiş Yunanıstan, İtaliya və İspaniya kimi ölkələr zərər görəcəklər.

   Ötən il Avropa Birliyi ölkələri İrandan sutkada 600 min barel neft alıb. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır. Yunanıstan neft tələbatının 1/3-ni məhz İran nefti hesabına təmin edir. Tehran neft ixracını dayandırarsa, Yunanıstan daha böyük böhranla üzləşəcək.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
1
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws