
Fransanın "Total" neft şirkəti İrandan neft idxalını tamamilə dayandırdığını bəyan edib.
"Total"ın icraçı direktoru Kristof de Marjeri yanvarın 25-də jurnalistlərə açıqlamasında şirkətin İran neftini almaqdan imtina etməsini Tehrana qarşı beynəlxalq sanksiyalarla əlaqədar olduğunu deyib: "Biz hər gün İrandan 80 min barel həcmində neft alırdıq. İndi bunu tamamilə dayandırmışıq və artıq İrandan neft almırıq".
Kristof de Marjerinin sözlərinə görə, "Total" İrandan neft idxalını dayandırsa da, hesab edir ki, İran neftinə başqa müştərilər tapılacaq: "İran öz neftini satmaq üçün müəyyən güzəştlərə getsə, yəqin ki, ona digər müştərilər tapılacaq".