27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (412)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Bakıda təhlükəli qrip virusu yayılıb
Bu cür qrip virusuna qarşı mübarizə aparmaq üçün uşaqların immunitetinin yüksəldilməsi vacibdir

Son zamanlar uşaqlar arasında qripə yoluxma halları daha da artıb. Belə ki, xəstə uşaqlarda temperatur 38-39 dərəcədən enmir. Həkimlərsə bunu mutasiya olunmuş qrip virusunun yayılması ilə izah edirlər.

   Həkimlər bu qrip növünü əlamətlərinə görə ənənəvi qripdən fərqləndirirlər. "İlkin olaraq xəstənin temperaturu qalxır. Temperaturu aşağı salmaq çətinləşir. Bundan sonra xəstənin boğazında sıyrıntı hissi yaranır. Bir müddət ötdükdən sonra xəstəliyin sağaldığı güman edilsə də əlamətlər yenidən müşahidə edilir".

   Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ANS PRESS-ə Bakıda uşaqların qripin müxtəlif mutasiya olunmuş formalarına yoluxmaları hallarının mövcudluğunu təsdiq edir. "Bəli, belə hallar mövsümlə əlaqədar olaraq mövcuddur. Ancaq bu halın epidemiya xarakteri daşıdığını söyləmək olmaz" deyən S.Əhmədova ölkədəki səhiyyə müəssisələrinin mövsümi infeksion xəstəliklərə qarşı mübarizə aparmaq üçün müvafiq dərman vasitələri ilə təmin edildiyini bildirib.

   Həkim-pediatr Zülfiyyə İbrahimova qripin bu növünün əlamətlərini açıqlayıb. Onun sözlərinə görə, qrip virusuna yoluxmuş şəxslərdə üç gün müddətində səbəbsiz 38-39 dərəcə hərarət müşahidə edilir. Bundan sonra xəstədə ya boğaz ağrısı, ya qusma, ya da öskürək əlamətləri müşahidə edilməyə başlayır. Öskürək quru şəkildə yeddi gün davam etdikdən sonra bəlğəmli öskürəyə çevrilir.

   Z.İbrahimova bu cür qrip virusuna qarşı mübarizə aparmaq üçün uşaqların immunitetinin yüksəldilməsinin vacib olduğunu vurğulayır. Həkim-pediatr bunun üçün uşaqlara immunastimulyator və immuna modulyator tipli immun sisteminin işini qüvvətləndirən preparatların qəbulunu məsləhət görür. Həkim bu cür virus mənşəli qripə yoluxan zaman antibiotik və virusəleyhinə mübarizənin effekt vermədiyini də bildirir. "Qrip virusundan qorunmaq bir qədər çətin məsələdir. Çünki qrip virusu hava-damcı yolu ilə yayılır. Bunun da qarşısını almaq praktiki olaraq mümkün deyil. Virusa qarşı uşaqları yaxşı qidalandıraraq onların immun sisteminin gücləndirilməsi ilə mübarizə aparmaq olar. Bundan başqa hazırkı qidaların tərkibində kifayət qədər vitamin olmur. Buna görə də uşaqların immunetinin artırılması üçün vitamin terapiya tətbiq edilməlidir".

   Bu cür qrip xəstəliyinə yoluxan uşaqların orqanizmində fəsadların qala bilmə ehtimalına gəlincə isə həkim-pediatr bunu istisna edir. Onun sözlərinə görə, vaxtında və düzgün müalicə uşaqlarda virus mənşəli qriplərdən sonra fəsadların qalma ehtimalını sıfıra endirir.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws