27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (548)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
TeliaSonera "Qlobal 100-lük"də yer aldı
Avropanın lider telekommunikasiya operatoru Davosda keçirilən Dünya İqtisadi Forumunun reytinq cədvəlində 13-cü yeri tutub

Dünyada 100 ən böyük və dayanıqlı şirkətlərin "Qlobal 100-lük" reytinqi açıqlanıb. Azercell Telekom MMC-nin də bir parçası olduğu TeliaSonera şirkəti bu reytinq cədvəlində 13-cü yeri tutub.

   "Qlobal 100-lük" reytinq siyahısı Davosdakı Dünya İqtisadi Forumunda təqdim edilib. TeliaSonera ətraf mühit, sosial və idarəçilik risklərin və imkanların idarə edilməsi sahəsində ən yaxşı telekommunikasiya operatoru hesab edilib.

   TeliaSonera-nın korporativ məsuliyyət şöbəsinin rəhbəri Eyya Pitkanen reytinq cədvəlində yuxarı pillədə yer tutmasının şirkət üçün mühüm göstərici olduğunu qeyd edib: "Korporativ məsuliyyət sahəsində göstərdiyimiz səylərin qiymətləndirildiyini görmək yaxşı haldır. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və işimizə münasibətdə nümayiş etdirdiyimiz məsuliyyət yüksək nəticə verir. Bu cür reytinq həmçinin bizə yüksək nümunə üçün mühüm bir göstəricidir".

   "Qlobal 100-lük" dünyanın ən dayanıqlı korporasiyaları reytinq cədvəlidir. Bu siyahı 2005-ci ildə "Strategic Value Advisors Inc." adlı beynəlxalq sərmayə-tədqiqat şirkəti və "Corporate Knights Inc." şirkəti tərəfindən birlikdə təsis edilib. Yüzlüyə daxil olan qurumların adları səhmləri birjalara çıxarılan 3500 şirkət arasında seçilir.

    Xatırladaq ki, "Qlobal 100-lük" cədvəli hər il Davosda Dünya İqtisadi Forumu zamanı təqdim olunur.

   TeliaSonera 2002-ci ildə Telia (İsveç) ilə Sonera (Finlandiya) şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Şirkət dünyanın bir çox ölkələrində, xüsusilə də Skandinaviya və Baltik ölkələrdə, Avrasiya məkanında, o cümlədən Rusiya, Türkiyə və İspaniyada telekommunikasiya xidmətlərini göstərir. Dünyada ilk dəfə olaraq 4G xidmətlərini istifadəyə buraxan TeliaSonera həmçinin beynəlxalq şəbəkə mülkiyyətçisi olmaqla Avropanın aparıcı rabitə xidmətləri təmin edən şirkətdir.

   TeliaSonera-nın əsas amalı hər bir kəsə rahat, effektiv və ətraf mühitə zərər vurmadan bir-biri ilə əlaqə saxlamağa yardım etməkdən ibarətdir. Müştərilərə ən yaxşı təcrübəni nümayiş etdirmək, yüksək keyfiyyətli şəbəkə və sərfəli əməliyyatlarla təmin etmək, bazarda ilk yerləri tutmaq TeliaSoneranın məqsədləri sırasındadır. 20 ildən də az bir müddətdə TeliaSonera yerli operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilə bilib.

   
NƏRGİZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws