Yalançı endirimlər
Bakıda endirim yalanları alıcıları aldadan daha bir mağaza aşkarlanıb. Bu xəbər İqtisadi İnkişaf Nazirliyinin saytında yer alıb.
Məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 25, 1978-ci məhəllədə Albina Yefimovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Bütün qadın mallarına 50% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə, istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan qadın mallarına heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.
Qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.
İRADƏ