27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (437)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (311)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Görüntü

Universitetimizə yaxınlaşıram. Darvazanın yanında oturan qadın həmişəki yerindədir. Yaxınlaşıb ondan siqaret alıram. Çox həvəslidir. Yaşamla mübarizə apardığı gözlərindəki dərinlikdən apaydın hiss olunur. Amma anlaşılır ki, onun içində anlaşılmaz duyğular baş qaldırmaqdadır.

   Mən həmişə bu qadını burda tum, siqaret, fıstıq satan görəndə düşünürəm ki, onun oturuşundakı çarəsizlik bizim yaşadığımız həyatın kədərli fotosudur. Onun qırışlı əlləri dağınıq, yerlə-göylə əlləşən, ora-bura qaçan, çıxılmazlıq olduğu zaman qaçıb uzaqlara getməyi fikirləşən insanları əks etdirir.

   Bizim şəhər, bəlkə də bizim dünya bu qarının oturduğu yerdən başlayır, elə orda da qurtarır. O, çarəsizliyini, ümidsizliyini gizləməyə çalışır, bunun üçün çoxları kimi dilənmir, bacardığı işi görür.

   Siqaretdən bir qullab alıb qarını müşahidə eləyirəm. O, donmuş əllərini stəkana yapışdırıb yavaş-yavaş ağzına gətirir, bir qurtum alıb gəlib-gedənləri izləyirdi.

   Ona baxanda nənəm yadıma düşdü. Bütün qocalar ümidsizliyin simvoludur, desəm, yəqin ki, yanılmaram. Ancaq həmişə qocalığa çatan bu insanlar nəyisə dəyişməyə cəhd edirlər, heç olmasa, dünyayla barışa bilmədiklərini. Buna görə də nənəm hər gün bir işin qulpundan yapışardı: ya pendir düzəldərdi, ya təndir yapardı, ya da inəkləri haylayardı.

   Qocalıq var olduğunu sübut etməyə çalışmaq cəhdidir. Əslində, danışdığım, ünsiyyətdə olduğum bütün qocalar deyiblər ki, biz ölü canlılarıq, sadəcə, həyatda görüntümüz var, yaşadığımızı bildirmək üçün gərək o kölgənin qabağını kəsməyək.

   Gözümün qabağından saysız-hesabsız insanlar keçir. Onların danışığı, yerişi, gülüşü, qarşımdakı qarının susqunluğunda əks-səda verir.

   Mən indi siqaretin qurtarmasına peşman oluram. İnsanlara baxanda siqaret sümürmək xoşuma gəlir. O zaman hər şey sənə səssiz film qədər anlaşılmaz olur.

   İnsanlar qeyri-adi, çıxılmaz olanda mən onları daha çox sevirəm. Əslində onlara qarışmaq lazımdır. Lakin mən insanlara qıraqdan baxıb onların varlığını hiss etmək istəyirəm. Belə daha yaxşıdır. Hər halda sən burda qurulmuş bir oyunun tamaşaçısı qismində çıxış edirsən. Tamaşaya girmirsən, onu öz axarına buraxırsan.

   Qarı hələ də öz yerindədir. İndi bir neçə tələbə ona yaxınlaşıb siqaret alırlar. Onun gülləri tabaqda oynadığı vaxtlar belə anlarda olur. Əslində üzdə həmişə özünü xoşbəxt göstərməyə çalışsa da, danışdığı vaxt içindəki duyğuların parça-parça olduğunu yaxşı anlayırsan. O, bəzi həyatdan bezmiş adamlardan deyil. Hər şeyi olduğu kimi qəbul etmək istəyir. Anlayır ki, Tanrı həyatı bu cür qurub, bütün olanlar bir xəttə olsa, yəni, yaxşı və pis anlayışı olmasa, yaşam mənasız, sönük görsənərdi.

   Mən siqareti atıb telefonumdakı saata baxıram: dərs vaxtıdır. Zaman məndən ixtiyarsız keçib gedir. Elə bu qarı da nə vaxtsa burdan gedəcək, ya da bir gün gələcək artıq həyatda olmayacaq. Mənim həyatda tutduğum obrazlar çarəsizliyin, ümidsizliyin və ölümün simvoludurlar. Onların duruşu qədər bu dünya çəkilməzdir.

   Qarı gülümsünür. Yəqin tələbələrin bir sözü onun qırışmış üzünə təbəssüm qondurub. Mən darvazadan içəri keçib qarıya baxıram: o, susqun halda gözləri ilə bu həyatla danışır.
Ayxan Eyvaz
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws