
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Yunis Zareiyyun tutulub. İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Yunis Zareiyyunu yanvarın 25-də atasının mənzilindən aparıblar.
Evdə axtarış aparılıb, fəala məxsus kompüter və digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.