
Azərbaycanlı futbolçu Ruslan Zeynalov çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubuna lazım olmayıb. Premyer-liqa təmsilçisi 30 yaşlı hücumçunu Türkiyəyə təlim-məşq toplanışına aparmayıb. Ruslan Ukraynada saxlanılan 3 futbolçudan biri olub. Baş məşqçi Leonid Buryakın qərarı ilə onlar əsas komanda ilə Antalyaya aparılmayaraq, əvəzedicilərdə məşq edir.
Qeyd edək ki, Berti Foqts millimizin baş məşqçisi postunda debüt etdiyi vaxtda - 2008-ci ildə Bosniya və Hersoqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə Zeynalovu aparsa da, ona şans verməmişdi.