27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (948)
"Hərəkatımız siyasi blok deyil" (549)
Görüntü (438)
Fransa özünü işə saldı (427)
Bitlomaniya (422)
Birlik təklifi növbəsi (413)
Müxalifətin əsl güc mərkəzi axtarışı (342)
"Qara qış" (338)
Qışın qışlığı (329)
Yeni hərəkat kimindir? (312)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Anar "Qəbələ"yə qayıdacaq
"Ancaq oynamaq haqda düşünürəm"

Mövsümün əvvəlində icarə əsasında "Turan"a keçən Anar Nəzirov tezliklə müqavilə ilə bağlı olduğu "Qəbələ"yə qayıdacaq. Tovuz klubunda vəziyyətin ürəkaçan olmaması üzündən qapıçı buna məcburdu.

   - Musa Süleymanovun "Turan"ı maliyyələşdirməkdən imtina etməsindən xəbəriniz var. Bundan sonra hansı addımı atacaqsız?

   - Əlbəttə, bizim üçün heç də yaxşı olmadı. İndiyə qədər gözləyirdik ki, yəqin komanda yığılacaq, məşqlərimizi bərpa edəcəyik. Ancaq hər şey əksinə oldu. "Turan"da qalmaq istəyirdim. Bundan sonra nə edəcəyimə gəldikdə, 1-2 gün də gözləyəcəm. Əgər kluba sahib duran olmasa, başqa variantlar haqda düşünəcəm. Ola bilsin, "Qəbələ"yə döndüm. Başqa klubdan təklif də almışam, onları da dəyərləndirə bilərəm.

   - Son vaxtlar Süleymanovla görüşmüsüz?

   - Bəli. Bizə demişdi ki, maliyyə olsa, komanda güclənəcək. Yəni bu şəkildə klub saxlamaq istəmir. Nəvaxta kimi belə zəif olacaq? Biz də gözləyə-gözləyə bu günə gəldik.

   - Dünəndən bəri "Turan"da kiminlə danışmısız?

   - Kimə zəng vururuq nə deyəcəklərini bilmirlər. Çünki fakt odu ki, bu gün "Turan"ın prezidenti, maliyyələşdirən şəxsi yoxdu. Komandanın rəisi İman Həsənova dedim ki, 1-2 gündən artıq gözləyən deyiləm. Klubun bu aqibətlə üzləşəcəyini heç kim gözləmirdi. Ənənəsi olan bir klubun bu vəziyyətə düşməsini yəqin heç kim istəməz.

   - "Turan"da qeyri-müəyyənlik hələ fasilə başlamazdan əvvəl hökm sürürdü. Komandaya bu qədər bağlı olmağınız, məhz "Turan"da oynamaq istəyini nə ilə əsaslandıra bilərsiz?

   - Oynamaq istəyirəm. İndi elə yaşdayam ki, ehtiyatda oturmağın yeri yoxdu. Ən əsası isə "Turan"ın qəlbimdəki yeri tam başqadı. Bu komanda mənə ən çətin günlərimdə qucaq açıb. Mən də qalıb komandaya kömək etmək istəyirdim.

   - Yenidən "Qəbələ"yə dönməyi düşünürsüzmü?

   - "Turan"a öz istəyimlə gəlmişəm. "Qəbələ"yə dönməkdə heç bir problem yoxdu. Tez-tez məşqçilərlə əlaqə saxlayıram. Hələ heç "Turan"ın dağılmaq söhbəti ortaya çıxmayanda da onlar mənimlə maraqlanırdılar. Amma bu çətin günlərdə "Turan"a kömək etmək istəyirdim. Çox təəssüf ki, komanda maliyyə problemi ilə bacara bilmədi. Özü də bu il klubun yaranmasının 20 illiyi qeyd ediləcək ərəfədə. Çox heyf.

   - "Rəvan"ın sizinlə maraqlandığını bilirdik. Bəs fasilədə bu komandaya niyə keçmədiz?

   - Sözün açığı, onlar birbaşa mənimlə danışmamışdılar. Menecerlər vasitəsilə xidmətimdə maraqlı olduqlarını çatdırmışdılar. Mən də "Turan"a kömək etmək istədiyimdən dedim Tovuzda qalacam. Yenə deyirəm, "Turan" mənim üçün doğma klubdu. Bu üzdən başqa təklifləri geri çevirdim.

   - Komanda yoldaşlarınızdan sizinlə əlaqə saxlayan olub?

   - Hamı məndən xəbər alır ki, komandanın taleyi necə olacaq. Musa müəllim kimlərləsə görüşməli və həmin insan kluba maddi kömək göstərməli idi. Ancaq sonra məlum oldu ki, Süleymanov istefa verib. Yəqin həmin şəxslə danışıqlar müsbət alınmayıb. Uşaqların hamısı çöldə qalıb. Artıq klublarımız demək olar komplektləşiblər, təlim-məşq toplanışındadılar.

   - Heç olmasa, məşq edirsiz?

   - Tək məşq edirəm. Bir müddət idi rayonda idim. Qaxda mənimlə məşq edən məşqçim var, onunla hazırlaşırdım. Fiziki baxımdan heç bir problemim yoxdu. Bu dəqiqə elə vaxtımdı ki, ancaq oynamaq haqda düşünürəm.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws