27 Yanvar 2012-cı il N 226(3806)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Bu gün birlik günü ola bilərdi... (1495)
Görüntü (899)
Birlik təklifi növbəsi (875)
Fransa özünü işə saldı (808)
Bitlomaniya (783)
Müxalifətin əsl güc mərkəzi axtarışı (719)
"Qara qış" (701)
Qışın qışlığı (685)
Yeni hərəkat kimindir? (659)
"Hərəkatımız siyasi blok deyil" (624)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Mitinq məhbusunun YAP-çı olmaqlığı

2 aprel mitinqindən az qala bir il ötür. Amma aksiyanın səs-sorağı hələ də gəlir. Bir gün mitinq məhbuslarından hansısa saxlanma şəraitinin pis olduğunu deyir, o birisi gün bir başqası yaxınlarıyla görüşə icazə verilmədiyini bildirir. Dünənsə mitinq məhbuslarından birinin prezidentə əfv ərizəsi ilə müraciət edildiyi bəlli oldu...

   

   Elnur İsrəfilov adlı birisi ötən ilin aprelində keçirilən mitinqdə iştirakdan peşman olduğunu bildirərək, əfə olunmasını istəyib. Demə, Elnuru aksiyaya öz dost-doğmaca dayısı Məmməd İbrahimli çağırıbmış. Yalan-gerçək, guya aprelin 1-də dayısı ona zəng edərək Bakıya çağırıb ki, "bajıoğlu, gəl bir Bakıya, dayın səni "Torqovı"da gəzdirsin". Bacıoğlu da dayısının çağırışına qulaq asıb, elə gecəykən bilet alıb Yevlaxdan qatarla Bakıya gəlib. Aprelin 2-də günorta isə dayı Elnurla öz oğlunu "Torqovı"ya çağırıb. Elnur da ora çatanda görüb ki, ayə qovhaqov, tuthatutdu. Əvvəl-əvvəl nə baş verdiyini anlamayıb, amma sonradan dayısı deyib ki, camaat nə edirsə, sən də onu et, camaat nə qışqırırsa, sən onlardan da bərk qışqır. Dayı deyəndən sonra bacıoğlu nə karədir, onu etməsin, deyilənlərə əməl edib. Qanunsuz iş gördüyünü bir də Səbail rayon polis şöbəsinə aparılanda anlayıb.

   İndi müxalifət qəzetləri onu "vicdan mühbusu" adlandırırlar. 10 ay həbsdə yatandan sonra E.İsrəfilov birdən-birə bu sözdən diksinən kimi olub və adının qarşısında "vicdan məhbusu" yazılmasına etiraz edir.

   Ömrü boyu heç bir partiyanın üzvü olmayan Elnuru, demə, həbs olunandan sonra AXCP-yə qəbul ediblərmiş. Güman ki, bu da onun dayısının hesabına olub (Elnur dayısı Məmməd İbrahimlinin AXCP sədrinin müşaviri olduğunu bildirib). İndi o, bundan da imtina edir. Və bundan sonra Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərməkdən qürur duyduğunu bildirərək, hakim partiyaya üzv olmaq istəyir.

   Baxarsınız, bugündən bütün iqtidar və iqtidaryönlü qəzetlər AXCP-çinin YAP-a üzv olmaq üçün ərizə yazmasını bəh-bəhlə yazıb, müxalifətin artıq sonunun çatdığını bəyan edəcəklər. Necə ki, bu hadisələrdən sonra müxalifət qəzetləri YAP üzvü olan mitinq məhbusunun (səhv etmirəmsə, Ülvi Quliyevin) Müsavata üzv olmasını bəh-bəhlə təqdim etmişdilər.

   "Qafqazinfo"da E.İsrəfilovun dövlət başçısına ünvanladığı müraciətlərin hər ikisini oxudum. Adam müraciətində bilik səviyyəsinin və təhsilinin aşağı olduğunu qeyd edib. Amma onun yazdığı "Azərbaycanın sürətli inkişafını gözü götürməyən müxalifət liderləri saxta və qondarma "vicdan məhbusları" siyahısı tərtib edərək öz mətbuat səhifələrində yerləşdirir, çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edirlər", "bu partiyanın (YAP-ı nəzərdə tutur) Azərbaycanın ictimai-siyasi həyatında, xalqımızın rifah halının yaxşılaşmasında böyük rolu vardır" və s. və i.-ı oxuyanda, vallah, adam onun biliksiz və təhsilinin aşağı səviyyədə olduğuna şübhə edir.

   Hər nədirsə, Allah onun, eləcə də digər mitinq məhbuslarının qapısını açsın...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Yanvar 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031
 
Copyright © 2002-2012 Express Site by: azDesign.ws