01 Fevral 2012-cı il N 229(3809)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Müxalifətin əsl güc mərkəzi axtarışı (719)
"Qara qış" (701)
"Boy"dan başlayan dava (604)
Nə "hə" deyir, nə "yox" (485)
Bitib-tükənməyən iddialar (472)
Qarovulçu türküsü (471)
Hər pis işdə bir xeyir var (444)
Bostanı daşlı İP (434)
Deputatlarımızın İrəvan səfəri (407)
Məsləhət (388)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"Qara qış"

Qışın simvolu olan qarın rəngi ağ olsa da, hər gəlişində gözümüzə qara rəngdə görünür. İnsanların həyatında yaranan çoxsaylı problemlər qarın keyfini çıxarmağa, qarın yağması ilə ortaya çıxan gözəl mənzərələrdən zövq almağa imkan vermir.

   Hamının dilindən bir cümlə qopur: "Bakıya qar yaraşmır". Bəs bütün təbiəti ağappaq edən bu Tanrı hədiyyəsi insanların gününü necə qara edir?

   Azərbaycan paytaxtının qarlı günlərində özünü göstərən bir sürü problem var ki, hər il təkrarlansa da, növbəti qar böhranında yenidən özünü göstərir. Paytaxt yollarında qarlı günlərdə yolların təmizlənməsi hər zaman aktual məsələ olaraq qalır. Adi vaxtlar Bakı küçələrində toz-duman əlindən tərpənmək olmur. Xüsusilə, hazırda "Eurovision"la bağlı paytaxtımızda aparılan təmir-tikinti və yenidənqurma işləri özü ilə xeyli "sürprizlər" də gətirib. Bina söküntülərindən, yolların qazılmasından ortaya çıxan toz yığnaqları belə qarlı-yağışlı havalarda palçığa dönür. Küçələrdə palçıqdan tərpənmək olmur. Palçıq da insanların ayaqlarında rahatlıqa ictimai nəqliyyata ayaq açır. Belə havalarda sürüşüb başı üstə yıxılmaq təhlükəsi təkcə küçələrdə qaşınmayan buz qatının üstü deyil, həm də avtobuslardı.

   Qarlı-boranlı havalarda ictimai nəqliyyatda, xüsusən avtobuslarda özünü qabarıq göstərən problemlərdən biri də isitmə sistemidir. Bizdə çox şey tərsinə baş verir. Bəzən isti havalarda avtobuslarda isitmə sistemini işə salırlar. Hətta, sakinlər də buna etiraz edir. İndi yaşadığımız soyuq havalarda isə avtobusların içi soyuducunun buzxanasına bənzəyir.

   Qarlı günlərdə yolların təmizlənməsi məsələsi də problem olaraq qalmaqdadır. Hər il deyilsə də, paytaxt təsərrüfatına məsul şəxslər bu sahədə irəliləyişə nail ola bilməyiblər.

   Bəzi mərkəzi yollarda qar yağanda təmizlik işləri aparılır. Ancaq dediyimiz kimi, mərkəzi yollarda. O yollar ki, oradan dövlət başçısı və ümumiyyət yüksəkçinli məmurlar istifadə edir. Bununla da elə təsəvvür yaradılır ki, sən demə, ölkənin bütün yolları beləcə qardan, palçıqdan təmizlənib.

   Amma gerçəkdə, yol təmizlənməsi məsələsi gözdən pərdə asmaq xarakteri daşıyır. Yol polisi isə yalnız tövsiyə verməklə kifayətlənir.

   Bizim təsvir etməyə çalışdığımız bu acı mənzərəni təsəvvür etmək üçün paytaxt həyatına bircə dəfə boylanmaq kifayətdir. İstəyirsiniz, evinizin balkonundan baxın, istəyirsiniz, avtomobilinizin pəncərəsindən. Ağ qar sizə qara qış kimi görsənəcək...
Aqil CAMAL
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Fevral 2012
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031
 
Copyright © 2002-2012 Express Site by: azDesign.ws