AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, həmin şəxs bir müddət sonra isə borcu ödəməkdən yayınıb. İndi kredit ruhi xəstənin pensiyasından tutulur.

Yevlaxın Tanırqulular kəndində yaşayan Əsgər adlı şəxs Mingəçevir sakini 54 yaşlı Ramiz Məhərrəmova az miqdarda pul verərərək onu aldadıb və özünə zamin tutub.

Bir müddət sonra isə krediti ödəməkdən yayınıb. Borc da ruhi xəstənin pensiyasından tutulur. Zaminin həyat yoldaşının sözlərinə görə, məsələ ilə bağlı banka da müraciət ediblər. Amma nəticəsiz qalıb. Bank hətta kreditin miqdarını və nə qədər müddətə götürüldüyünü də onlara deməkdən imtina edib.

Ruhi xəstəni aldadan şəxsin pulları qaytarması üçün məhkəmə də iddia da qaldırılıb. Məhkəmə pulun Ramiz Məhərrəmova ödənilməsi barədə qərar qəbul edib.

İndi həmin şəxs nə götürdüyü krediti ödəyir, nə də zaminin borcunu qaytarır.

Ekspress.az