AzNews.az ARB-yə istinadən xəbər verir ki, hətta müəyyən müddət yolun bağlanmasına səbəb oldu.

Eldəniz Abdullayev - Sürücü: "Zaqataladan gəlirik. Xəstəmiz var. Bizə dedilər yol açıqdır. Gəlib görürük ki, yol bağlıdır. Qar yağıb, təmizləyəndə yoxdur. 3 saatdır yoldayıq".

Axşam saatlarında buzlu yol və qar yağışının davam etməsi Şamaxı-İsmayıllı-Muağanlı magistralında da hərəkəti çətinləşdirib. Yolun 7-ci kilometrliyində sürüşən iki avtomobil toqquşub. Nəticədə bir nəfər xəsarət alıb.

Rasim Mustafayev - Sürücü: "Yuxarıdan gəlib Bakıya gedirdim. Arxadan bir gəlib toxundu. Mən də gedib başqa maşına dəydim".

Qəza səbəbindən yol müəyyən vaxt kəsiyində bağlı qalıb. Aidiyyatı qurumların gücləndirilmiş iş rejimində fəaliyyəti nəticəsində ərazidə avtomobillərin intensiv hərəkəti bərpa olunub.