Bunu AzNews.az-a açıqlamasında Folklor İnstitutunun direktoru Muxar imanov bildirib. Direktor qeyd edib ki, rəhbərlik etdiyi institut belə bir təklif irəli sürməyib:

“Belə şey ola bilməz. Papaq atma bayramın bir adətidir. Ötən il bizim əməkdaşımız Atəş Əhmədli belə bir təklif səsləndirib ki, “bayramın adətlərindən sayılan papaq atma sonrakı dövrlərin məhsuludur. Bunu əsl adı qurşaq, şal atmadır”. Burada isə söhbət adətdən getmirdi. Atəş Əhmədli adətə qarşı çıxmayıb. Sadəcə izah verib ki, papağı hər yerə atmazlar, qurşaq atarlar. Onda böyük bir mübahisə düşdü. Nə torba, nə cırtdan şəkili? Bu harda yazılıb? Kim deyib? Atəş Əhmədli bir sözdü deyib”.

Muxtar İmanov qeyd edib ki, institut bir adətə qarşı çıxa bilməz: “Bu xalqın adətidir. Nə institut, nə də onun əməkdaşı xalqın bayram ədətinə qarşı çıxa bilməz”.

Ekspress.az