Onlar baş verən hadisədən sonra Ulacalı kəndinin şok içərisində olduğunu qeyd ediblər: “Dəşhətdir. Ata öz övladına necə qıyar? Kənd dünəndən bir-birinə dəyib. Kəndin ağsaqqal və ağbirçəkləri yığışıb bu məsələni müzakirə edir. Sonda kənd əhalisinin sözü bir oldu- cinayətkara ən ağı cəza verilsin. Xahiş eləyirlər ki, onu xalq məhkəməsinə versinlər. Qoy bu qudurmuş ictimaiyyət qarşısında hesabat versin".

Kənd sakinləri uşağını amansızcasına qətlə yetirən atanın edamını tələb edir: “Belə adamlar Azərbaycanda edam olunmalıdır. Ömürlük həbslə iş bitməz, bu onun üçün yüngül cəzadır. Elə etmək lazımdır ki, bu bütün atalara nümünə olsun.”

Xatırladaq ki, Sabirabad rayonunun Ulacalı kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Ekspress.az