Bunu AzNews.az-a açıqlamasında professor Aqil Qeybulla bildirib. Onun sözlərinə görə, insanlar at və eşşək ətlərini yedikdə mənşəyi bilinməyən infeksiyalar asanlıqla orqanizmə daxil olur:

“Qara yara, vərəm və s. xəstəliklər bu ətlərdən istifadə zamanı yaranır. Lap heyvanlar sağlam da olsa, insanlar onun ətindən qidalana bilməz”.

Aqil Qeybulla at və ya eşşək ətlərinin Azərbaycanda istifadəsinin mümkünsüz olduğunu vurğulayıb:

“Bu qanun pozuntusudur. Bu ətlərin satışına rəsmi şəkildə icazə verilməyib. Onun satışa çıxarılması qadağandır. Ola bilər ki, dönərxanalarda, kolbasa sexlərində at və eşşək ətindən istifadə olunur. Belə faktlar aşkarlanarsa, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdr".

Ekspress.az