Görüşdə universitetlərarası əməkdaşlıq əlaqələri müzakirə olunub, gələcək perspektivlər nəzərdən keçirilib. Eyni zamanda, qonaqlar Mendel Universiteti barədə təqdimat edib, tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iki universitet arasında müəllim-professor heyətinin, eləcə də tələbələrin mübadiləsi həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Qərb Universitetinin tələbəsi Fidan Əliyeva təhsilini Mendel Universitetində maliyyə ixtisası üzrə davam etdirir.

Qeyd edək ki, QərbUniversiteti beynəlxalq miqyasda 200-dən artıq təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, Erasmus - tələbə mübadilə proqramı və akademik mobillik, eləcə də ikili diplom layihələri daxildir.

Murad MƏMMƏDLİ