O, AzNews.az-a açıqlamasında bildirib ki, Ziya Məmmədovla bağlı yayılan məlumatlar kökündən yanlışdır və şaiyədən başqa bir şey deyil: "Yersiz və həqiqətə yaxın olmayan bir məsələyə vaxt ayırmağa dəyməz. Ziya Məmmədovdan başqa Azərbaycanda şəxsiyyət yoxdur? Axı kimə neyləyib? Bu qədər qərəz olar?"

“Yeni Müsavat” qəzetinin yazdığına görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlakları- hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir. Qəzet yazılıb ki, Məmmədovlar bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüz hesab edirlər.

Ekspress.az