Verilən məlumata görə, tələbələrə proqram və onun əhəmiyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, AIESEC təşkilatının fəaliyyəti beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik bacarıqlarını genişləndirmək məqsədi daşıyır. Təşkilat dünyanın 126 ölkəsindən olmaqla 100.000-dən artıq üzvə malikdir.

Qeyd edək ki, Qərb Universitetinin tələbələri yerli və beynəlxalq səviyyəli könüllülük proqramlarında aktiv iştirak edirlər.

Murad MƏMMƏDLİ