Bizə yazın
Bakı
+11 °C
USD 1.7 RUR 0.0279 EUR 2.0981 AU 2282 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

ATSAM Ermənistan KİV-lərinin monitorinqini aparacaq
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Şimali Koreyaya səfir təyin edib
“Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi 
5-ci “Barama Hackathon” yarışması -Yaz buraxılışı 
Turizm sahəsi inkişaf edir, amma...
Koreya səfiri Western Caspian-da
Bu günün havası
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bilik Fondunun təcrübəçiləri Prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər
“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır
Məleykə Abbaszadə: Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq
Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb
Dərslər saat 9:00-da başlayacaq?
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
Ermənilər atəşkəsi 91 dəfə pozub
Bu günün havası - 20 dərəcə isti
Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir
"Azərbaycanlı startap “SeedstarsSummit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb
“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu  
Qərbi Kaspi Universitetinin tələləbəsinin layihəsi beynəlxalq müsabiqənin finalında
Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb 
Professor İlham Rəhimov qaqauziyalı qonaqlarla görüşüb
Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Güclü külək əsəcək
Qaz kəmərində sızma baş verdi, paytaxtda bəzi ərazilər qazsız qaldı
Qorxulu proqnoz: Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək
Bu yoldan Bakıya giriş tam bağlanır - Diqqət
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir
Bruselyozdan necə sığortalanaq?
Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq
Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlar genişləndi
Bu gündən hava pisləşəcək - Temperatur 4-7 dərəcə enəcək
Şri Lanka vətəndaşı olan 5 qanunsuz miqrant saxlanıldı
Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
Bakı məktəblərinə I sinfə qəbul üçün 40 min sorğu yerləşdirilib
Prezident və xanımı Hacı Cavad məscidinin yeni binasının açılışında
Bu günün havası
Qubada meşə yanğını söndürüldü
Cəlilabadda ana doğuşdan sonra ölüb
Ölən şagirdin meyiti qəbirdən çıxarıldı - “Döyüb öldürüblər”
BÜTÜN XƏBƏRLƏR
CƏMİYYƏT2017-08-15 00:35

Gizli suisid...
Bu sindromun qurbanları kimlərdir?

 
361
 
İnsanlar müxtəlif səbəblərə görə intihar edir. Lakin bəzən onların bu cəhdləri alınmır və şəxs gizli suisid sindromundan əziyyət çəkir. Əlamətləri isə təhlükəli hadisələrə meyl edir, həyatına biganə yanaşır, yolu baxmadan keçir, həyatına son qoya biləcək vəziyyətlərdən gizli olaraq məmnun qalır.

Psixoloq Mehriban Mütəllimova “Ekspress”ə bildirib ki, son zamanlar gizli suisid əlamətlərindən əziyyət çəkənlər artmaqdadır: “Hər bir insan həyatında heç olmasa bir dəfə gizli suisid sindromunun əlamətlərini ya özündə, ya da başqasında görür. Gizli suisiddən əziyyət çəkənlər özləri də bilmədən həyatlarını məhv edir, spirtli içkiyə, narkotik maddələrə aludə olurlar. Yaxınlarının yalvarışlarına baxmayaraq, bu şəxslər onları məhv edən zərərli vərdişlərdən əl çəkmirlər”.

M.Mütəllimova deyir ki, amma spirtli içki içmək, narkoman olmaq gizli suisidə xas olan yeganə əlamətlər deyil. Dediyinə görə, çoxu düşünür ki, ancaq bu cür davranış şəxsdə gizli suisidin olduğuna işarə edə bilər. “Gizli suisid zamanı şüurlu və ya şüuraltı olaraq ölüm qorxusu fikirlərinin təsiri altında insan özünü məhv edən və ya özünün səbəbkarı olan davranışarla ölür”.

Psixoloq qeyd edib ki, həqiqi gizli suisidin kökündə ölmək istəyi dayanmır, hədsiz ölüm qorxusu, ölümün qaçılmaz olduğunu dərk edərək yaşamaq şəxsə əzab verdiyi üçün o, ekstremal hadisələrə, fəsadları ağır olan pis vərdişlərə meyl edir: “Belə insanlar qəzaların, bədbəxt hadisələrin, müxtəlif təhlükəli maraqların, oyunların, ekstremal idman növlərinin qurbanları kimi görünür. İntiharın bu növünün əlamətləri də gizli şəkildə keçdiyindən, belə insanlar ölüm qorxusunu, həyəcanlarını yaxınları ilə belə bölüşmür, bu üzdən də əksər hallarda yaxınları onlarda intihar etmək istəyinin olduğundan xəbərsiz qalır. Təəssüf olsun ki, psixoloqlar da bir çox hallarda, pasiyent başqa problemlərdən şikayətləndiyi üçün gizli suisidin əlamətlərinə fikir vermir. Əksər hallarda yalnız qəribə, gözlənilməyən ölümdən sonra fərdin yaşadığı son günlərdə qeyri-adekvat hərəkətlərindən, dediyi cümlələrdəki mənalardan, gündəliyindəki qeydlərdən gizli suisiddən əziyyət çəkdiyi məlum olur. Belə insanlar çox vaxt cavan ölənlərə qibtə edə bilər. Onlar ətrafdakı insanlarla söhbətlərində, yazdıqları şeirlərdə, paylaşım və şərhlərində cavan ölmək istədiyi barədə fikir ötürə bilərlər”.

Həmsöhbətimiz bildirib ki, suisid böyük problemdir. Özünəqəsd hadisəsi qəlbi kövrəldən, qəm-qüssəyə, kədərə səbəbdir. İntihar şəxsin hissi, psixi və ya sosial təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. “İntihar meyli əvvəlcədən planlaşdırılmamış, anlıq bir davranış deyil. Axırıncı addım, kömək üçün eşidilməyən fəryad, şüur yerində olduğu halda bədbəxtlik nəticəsində özünü öldürmək halıdır. Hadisələrin əksəriyyətində intiharın bir plana əsasən və yavaş-yavaş inkişaf edərək zehində uzun vaxt formalaşdıqdan sonra gerçəkləşdiyi görünür”.

İntihar edənlərin çoxu həyatla ölüm arasında qəti bir seçim etməyənlərdir. Həmin anda onları qurtaracaq bəzi insanların var olduğunu bilib, son ana qədər xilas olmağı gözləyirlər. İntihar ipucları bəzən intihar niyyətini göstərən açıq ifadələr, bəzən üstüörtülü eyhamlar, bəzən də davranışında görülən dəyişikliklərlə müşahidə olunur.
Psixoloq əlavə edib ki, yetkinlərdə suisid nisbətləri getdikcə artıb: “Oğlanlarda tamamlanmamış suisid, qızlarda isə suisidə cəhd sıxlığı daha çoxdur. Oğlanlar suisid cəhdlərində daha çox silah, kəsici alətdən istifadə edir, qızlarda dərman içərək suisid cəhdi daha çoxdur. Yeniyetmə qızlarda suisid cəhdinə ilk səbəb sevdiyi ilə əlaqəsinin pozulmasıdır. Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmaq kimi səbəblər uşaq və gənclərin intiharına gətirib çıxarır.

Oğlanlar stress zamanı spirtli içki içir və təcavüzkar davranışlar kimi göstərərək gərginliklərini azaldırlar. Qızlar isə daha çox suisidi seçirlər”.

Bəs suisidə daha çox nələr səbəb ola bilər? M.Mütəllimovanın dediyinə görə, spirt, ya da narkotik maddələrin həddindən artıq istifadəsi, bir ailə üzvünün və ya çox yaxın birinin itkisi, çox sevdiyi birinin ölməsi və qəbul etməyərək təkrar birləşmək arzusu, böyük sıxıntılar gətirən yaşantılar, zorakılıq, bilinməyən müxtəlif gizli səbəblər intihara səbəb ola bilər. Onun sözlərinə görə, intihar ərəfəsi onlar özlərini dözülməz ağrılar içində hiss edirlər: “Ümidsizlik və çarəsizlik içində olurlar. Ana-ata və ya özü üçün çox əhəmiyyətli olan adam tərəfindən rədd edilmək duyğusunu yaşaması və bu duyğu ilə barışmaması, fərdin həyat çətinlikləri arasında yalnız buraxılması, depressiya və s. intihara gətirib çıxarır”.

Suisidin qarşısını almaq mümkündür: “Susidə meylli bir vəziyyətdə olan şəxsi mühakimə etmədən, açıq və sakit bir şəkildə dinləyin. Müzakirə və öyüd-nəsihət verməkdən uzaq durun. Onu bu hərəkətinə görə utandırmayın”.

Qeyd edək ki, planlaşdırılmış və ya nümayiş xarakteri daşıyan intiharın problemlərdən layiqli çıxış yolu olmadığını dərk edənlər üçün gizli suisid son ola bilər. Belə insanlar həyatdan öz istəyi ilə getməyin açıq yolunu seçmir, suisidə, ölümə aparan qısa yolu seçir. Bu maşını yüksək sürətlə sürmək, təhlükəli işlərə baş qoşmaq,

ekstremal idman növləri, qaynar nöqtələrə könüllü olaraq getmək, pis vərdişlərdən asılılıq və s kimi əlamətlərlə özünü göstərir. Təəssüf olsun ki, yaxınları bu sindromun qurbanlarına etdiklərinin nə qədər təhlükəli olduğunu, canlarına sanki qəsd etdiklərini dəfələrlə desələr də, bir qayda olaraq məhz bu təhlükəyə can atırlar.

Aynurə MƏMMƏDOVA
Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
Səbail yeniləşir
Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı – WESTERN CASPIAN-da

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018