Bizə yazın
Bakı
+11 °C
USD RUR EUR AU BRENT
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

ATSAM Ermənistan KİV-lərinin monitorinqini aparacaq
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Şimali Koreyaya səfir təyin edib
“Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi 
5-ci “Barama Hackathon” yarışması -Yaz buraxılışı 
Turizm sahəsi inkişaf edir, amma...
Koreya səfiri Western Caspian-da
Bu günün havası
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bilik Fondunun təcrübəçiləri Prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər
“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır
Məleykə Abbaszadə: Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq
Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb
Dərslər saat 9:00-da başlayacaq?
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
Ermənilər atəşkəsi 91 dəfə pozub
Bu günün havası - 20 dərəcə isti
Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir
"Azərbaycanlı startap “SeedstarsSummit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb
“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu  
Qərbi Kaspi Universitetinin tələləbəsinin layihəsi beynəlxalq müsabiqənin finalında
Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb 
Professor İlham Rəhimov qaqauziyalı qonaqlarla görüşüb
Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Güclü külək əsəcək
Qaz kəmərində sızma baş verdi, paytaxtda bəzi ərazilər qazsız qaldı
Qorxulu proqnoz: Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək
Bu yoldan Bakıya giriş tam bağlanır - Diqqət
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir
Bruselyozdan necə sığortalanaq?
Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq
Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlar genişləndi
Bu gündən hava pisləşəcək - Temperatur 4-7 dərəcə enəcək
Şri Lanka vətəndaşı olan 5 qanunsuz miqrant saxlanıldı
Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
Bakı məktəblərinə I sinfə qəbul üçün 40 min sorğu yerləşdirilib
Prezident və xanımı Hacı Cavad məscidinin yeni binasının açılışında
Bu günün havası
Qubada meşə yanğını söndürüldü
Cəlilabadda ana doğuşdan sonra ölüb
Ölən şagirdin meyiti qəbirdən çıxarıldı - “Döyüb öldürüblər”
BÜTÜN XƏBƏRLƏR
CƏMİYYƏT2018-03-12 13:17

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb - FOTOLAR, VİDEO

 
63
“Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə mənim vətəndaş olaraq mülkümü zəbt etməklə sübut etdi ki, Azərbaycan Konstitusiyasını saymır. Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarımızı ayaqları altına atıb tapdayır. Hazırda Qalib Salahzadə deputat deyil. Amma qanunsuz əməllərini davam etdirməkdədir. 7 ildir ki, polisdə, prokurorluqda, məhkəmələrdəyik. İstəyirik ki, ölkə rəhbərliyi bu məsələyə əncam çəksin, bizim mülkiyyət hüququmuz bərpa olunsun”. Ekspress.az xəbər verir ki, bunu “Yeni Müsavat”a Seymur Quliyev belə deyib.

“Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi”

Onun sözlərinə görə, 2004-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev 2 ünvanındakı 25 sot torpaq sahəsində yerləşən mülkü notarial qaydada alqı-satqı müqaviləsi ilə alıb: “Mülkiyyətimizdə olan torpaq sahəsi 1997-ci ilə qədər ”Zəfəran" sovxozunun ərazisi olub. Həmin ildə Sabunçu Rayon İcra Hakimiyyəti başcısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə torpaq sahəsi əkinə yararsız sahə kimi Minəvvər Qəni qızı Əliyevaya fərdi yaşayış evi tikdirmək üçün ayrılıb. 2000-ci ildə isə alqı-satqı müqaviləsi ilə ev Nazim Sultan oğlu Babazadəyə satılıb. 2004-cü ildə Nazim Babazadə həmin torpağı alqı-satqı müqaviləsi ilə mənə satdı. Bundan sonra qardaşımla bərabər həmin torpaq sahəsində 2 və 3 mərtəbəli 2 ev tikdirdik. Meyvə ağacları əkdik, su quyusuna əl gəzdirdik, hovuz inşa etdirdik. İlin çox vaxtını orda yaşayırdıq. 2011-ci ilin axırlarında 14-cü polis bölməsindən zəng gəldi ki, guya mən Bilgəh bələdiyyəsinin Rəhilə Salahzadəyə satdığı torpağı zəbt etmişəm. Dedilər ki, polisə bələdiyyədən torpağın zəbt edilməsi ilə bağlı sənədlər də təqdim olunub. Xaricdə olduğum üçün bu işi araşdırmağı vəkilimə həvalə etdim. Məlum oldu ki, bu işlərin arxasında o dövrdə Milli Məclisin deputatı olan Qalib Salahzadə dayanır. Rəhilə Salahzadə də Qalib Salahzadənin qardaşının həyat yoldaşıdır. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi. Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Məsələni vəkilim araşdırdı. Dövlət qurumlarına sorğu verdi. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə sorğuya cavab verdi ki, mülkiyyətimdəki torpaq bələdiyyə torpağı deyil və polisə təqdim edilən alqı-satqı qeydə alınmayıb. Yəni Qalib Salahzadənin polisə rəsmi sənəd kimi təqdim etdiyi müqavilənin saxta olduğu ortaya çıxdı. Həmin sənədlərin içinə 2003-cü ilə aid qəbz də vardı. Vəkil həmin qəbzlə bağlı da araşdırma apardı. Qəbzin çap edildiyi mətbəədən vəkilimin verdiyi sorğuya cavab gəldi ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi?"

“İnşaat Servisez”dən dedilər ki, bizə haram mal lazım deyil, amma..."

Seymur Quliyev deyir ki, Qalib Salahzadənin saxtakarlığını ortaya qoyduqdan sonra o, sakitləşməyib: “Bundan sonra Bakı Şəhəri İcra Hakimiyyəti mənim və qonşumun mülkiyyətimizdə olan torpağı qanunsuz olaraq ”İnşaat Servisez" tikinti şirkətinə verdi. Bunu biləndən sonra “İnşaat Servisez” tikinti şirkətinin rəsmiləri ilə görüşdüm. Dedilər ki, bizə haram mal lazım deyil və sərəncamın ləğv olunmasına etiraz etmirik. Gedin verin məhkəməyə, biz torpağın sizə aid hissəsindən imtina edəcəyik. Sonradan “İnşaat Servisez” təqdim etdiyi sənəddə torpağın bizə aid hissəsindən imtina etdi. Həmin məhkəmə dövründə Qalib Salahzadə deputat idi, səlahiyyətlərindən istifadə etməklə məhkəmələrə təzyiq edirdi. Buna baxmayaraq, məhkəmə ədalətli qərar çıxardı. Məhkəmənin qərarından sonra torpağımız çıxarışla Hacı Qalibin gəlini Xatirə Allahşükür qızına satıldı".

“Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər ey mənə?”

Seymur Quliyev deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə qaydasında qanunsuz olması təsdiqlənən sərəncamından sonra mülkiyyətində olan 2 mərtəbəli və 3 mərtəbəli evləri sökülüb, əşyaları oğurlanıb: “Bu həmin vaxt baş verdi ki, məhkəmə gedirdi. Məhkəmə qərar da vermişdi ki, söküntü işləri dayansın. 2012-ci ilin aprel ayı idi. Evimə gələndə gördüm ki, qonşumun həyətində söküntü işləri gedir və qonşu ilə bizim aramızda daş hasar tikilir. Qonşum xaricdə yaşayır, qonşumla aramızda heç vaxt daş hasar olmayıb, taxtadan balaca çəpər var idi. Bütün bu tikinti işlərinə rəhbərlik edən Hacı Qalib Salahzadə idi. Ona dedim ki, sənin nə ixtiyarın var burda bu işləri görürsən, dedi ki, bura mənimdi. Mən onunla mübahisə etdim. Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər mənə? Sonra məlum oldu ki, qonşumun xaricdə yaşamağından istifadə edərək, Qalib Salahzadə onun torpağını saxta sənədlərlə öz rəhmətə getmiş nənəsinin adına yazdırıb. Bu söhbətdən sonra mən xaricə getdim. Mənə zəng edib dedilər ki, Qalib Salahzadə hasarımı və 3 mərtəbəli evimin damını sökməyə başlayıb. Vəkilim məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, bu torpaq sahəsi heç vaxt Bilgəh Bələdiyyəsinin ərazisi olmayıb və Rəhilə Salahzadəyə satmaq hüququna malik olmayıb. 27.04.2012-ci məhkəmə söküntü işlərinin dayanmasına və qapıların açılmasına qərardad verdi. Məhkəmə icraçılarının iştirakı ilə qapılarımızı açıb bizi mülkümüzə daxil etdilər. Səhəri Qalib Salahzadə başının dəstəsi və Bilgəh Bələdiyyəsinin iştirakı ilə zor gücü ilə bizi öz mülkümüzdən çıxardı. Qalib Salahzadə məhkəmənin qərarına əhəmiyyət vermədi. Mənə məxsus 2 mərtəbəli evi Bilgəh Bələdiyyəsinin sədri ilə 18.07.2012-ci il tarixində bələdiyyənin texnikası ilə yerlə yeksan etdirdi”.

“Fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir”

Seymur Quliyev deyir ki, ona vurulan maddi və mənəvi ziyanın həcmi olduqca böyükdür: “Müstəqil ”Azəri-Audit" auditor firmasının 1 mart 2012-ci il tarixli qiymətləndirmə aktına görə təkcə bağ sahəmdə apardığım tikinti işləri 2 milyon 500 min manat dəyərləndirilib. Evlərin sökülməsini və əşyaların talan edilməsini əks etdirən videoyazının təqdim edilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları bu günədək cinayətkarları məsuliyyətə cəlb etməyiblər. Həmin dövrdə mülkümün dağıdılması ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində 1200500219 saylı cinayət işi başlanıb. Şahidlər dindirilib, söküntü işləri aparan fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir. Uzun sürən, təzyiq altında keçən məhkəmə proseslərinin nəticəsi də (4 Ali Məhkəmə, 2 Konstitusiya Məhkəməsi) bir daha Qalib Salahzadənin bu işlərdə günahkar olduğunu göstərdi. Bu məsələ ilə bağlı mən baş prokuror Zakir Qaralovun qəbulunda olmuşam. Bundan sonra müvafiq faktla bağlı cinayət işi başlanıb və bu günə qədər sona çatdırılmayıb. Uzun sürən məhkəmələrdən sonra 2016-cı ildə mülkiyyətimə cıxarış aldım. Lakin məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, yenə də Qalib Salahzadə öz qohumluq imkanlarından və bir sıra hörmətli şəxslərin adından istifadə edərək mənim hüquqlarımı pozmaqda davam edir. Qalib Salahzadə əmlakımı zəbt edib. O, mənim ərazimə gedən yolu tam bağlayıb. Görünür o, mənim əmlakımı sökməsinə və talan etməsinə görə cəzasız qaldığından ruhlanaraq qanunsuz hərəkətlərini davam etdirməkdədir".

“Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb”

S.Quliyev deyir ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da məhkəmələr boyu Qalib Salahzadəni müdafiə edib: “Onu Hacıbala Abutalıbov nə marağı vardı ki, müdafiə edirdi, bu gün də bizim üçün qaranlıqdır. Saxta sənəd məsələsini də bu günə qədər araşdırıb sona çatdıran yoxdur. Hacı Qalib Salahzadənin saxtakarlığını üzə çıxarmaq istəmirlər. Hacı Qalib də bizim torpaqdan əl çəkmir. Qardaşı arvadının adından istifadə etdi, gördü ki, torpağı zəbt edə bilmir. Bu dəfə də gəlinini qabağa verib. Torpağımızı bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin qızı Xatirə Salahzadənin adına verilmiş çıxarışla ələ keçirmək istədi. Bu dəfə də məhkəmələr ədalətli qərar çıxardılar. Ən maraqlısı odur ki, Hacıbala Abutalıbov həmin qanunsuz çıxarışın ləğvi ilə bağlı iddiamız məhkəmələrdə olduğu dövrdə qarşı tərəfi müdafiə edirdi. Ali Məhkəməyə qədər Hacıbala Abutalıbov Hacı Qalibin gəlinini müdafiə etdi. Görəsən bunların marağı nədir? Qalib Salahzadə öz qara əməllərinə bu dövlət orqanlarına necə cəlb eləyib? 2017-ci ildə qanunsuz sərəncamların ləğvi ilə bağlı uzun sürən məhkəmələrdən sonra ”İnşaat Servisez"in və Xatirə Allahşükür qızına verilən çıxarışlar ləğv olundu. Məhkəmə yolu ilə mülkiyyətimə yeni çıxarış aldım. Lakin bu günə qədər mülkiyyətimə gedib-gələ bilmirəm. Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb. Dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüb məsələni ona izah etmişəm. Adil Vəliyev yola qanunsuz qoyulan darvazanın açılacağına söz verdi. Sabunçu Rayon İcra Hakimiyyətindən sorğuma cavab verirlər ki, məhkəməyə müraciət edin. Amma məhkəməyə kimi verməli olduğumu göstərmirlər. Sorğularda həmin darvazanı kimin və hansı əsasla dövlət yoluna qoyub bağlanmasına aydınlıq gətirilməsini istəyirəm. Lakin sorğudakı suala konkret cavab verilmir. Yazırlar ki, torpaqdan “Şəbəkə” restoranının sahibi tərəfindən dayanacaq kimi istifadə olunur və torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsi haqda müqavilə icra hakimiyyətinin arxivində yoxdur. Bu cavabla Sabunçu Rayon İcra Hakimiyyəti “Şəbəkə” restoranının qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyir. Bunu isə araşdıran yoxdur".

Ekspress.az

132132.PNG (679 KB)


 
Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
Səbail yeniləşir
Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı – WESTERN CASPIAN-da

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018