Bizə yazın
Bakı
+11 °C
USD RUR EUR AU BRENT
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

ATSAM Ermənistan KİV-lərinin monitorinqini aparacaq
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Şimali Koreyaya səfir təyin edib
“Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi 
5-ci “Barama Hackathon” yarışması -Yaz buraxılışı 
Turizm sahəsi inkişaf edir, amma...
Koreya səfiri Western Caspian-da
Bu günün havası
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bilik Fondunun təcrübəçiləri Prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər
“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır
Məleykə Abbaszadə: Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq
Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb
Dərslər saat 9:00-da başlayacaq?
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
Ermənilər atəşkəsi 91 dəfə pozub
Bu günün havası - 20 dərəcə isti
Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir
"Azərbaycanlı startap “SeedstarsSummit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb
“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu  
Qərbi Kaspi Universitetinin tələləbəsinin layihəsi beynəlxalq müsabiqənin finalında
Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb 
Professor İlham Rəhimov qaqauziyalı qonaqlarla görüşüb
Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Güclü külək əsəcək
Qaz kəmərində sızma baş verdi, paytaxtda bəzi ərazilər qazsız qaldı
Qorxulu proqnoz: Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək
Bu yoldan Bakıya giriş tam bağlanır - Diqqət
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir
Bruselyozdan necə sığortalanaq?
Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq
Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlar genişləndi
Bu gündən hava pisləşəcək - Temperatur 4-7 dərəcə enəcək
Şri Lanka vətəndaşı olan 5 qanunsuz miqrant saxlanıldı
Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
Bakı məktəblərinə I sinfə qəbul üçün 40 min sorğu yerləşdirilib
Prezident və xanımı Hacı Cavad məscidinin yeni binasının açılışında
Bu günün havası
Qubada meşə yanğını söndürüldü
Cəlilabadda ana doğuşdan sonra ölüb
Ölən şagirdin meyiti qəbirdən çıxarıldı - “Döyüb öldürüblər”
BÜTÜN XƏBƏRLƏR
CƏMİYYƏT2018-03-13 11:51

Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır

 
48
Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Ailələrin evlərindən çıxarılmasının səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir. 7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

Ailələrin şəraitsiz, köhnə ev əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: “Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur”.

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.

Ailənin digər nümayəndəsi Fatma Məmmədova deyib ki, 7 ailə qanunsuz olaraq küçəyə atılır: “Ailələrin durumu çox ağırdır. Kasıbçılıqla, xəstəliklə çarpışan ailələrin evlərini əllərindən necə almaq olar? Vəziyyətimiz çox ağırdır. Martın 25-də məhkəmə icraçıları yenə gələcək və növbəti evi boşaldacaqlar”.

Evindən çıxarılma qorxusu ilə yaşayan Maisuradze ailəsinin yaşayış sahəsi ilə bağlı sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, onların 1969-cu ildən yaşadığı sahə ailənin xəbəri olmadan satılıb. Ailənin yaşlı qadın üzvü evsiz qalmaq qorxusunun stressinə dözməyərək bu günlərdə vəfat edib. Ailənin ahıl başçısı gözdən əlildir və bu yaşda evsiz qalmaq qorxusu onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

Yeddi ailənin hüquqlarını müdafiə edən vəkil Klara Şukvani ailələrin evlərindən çıxarılmasını qanunsuz olduğunu deyib: “Məhkəmə prosesi 2010-cu ildən davam edir. Sahəni satın almış tərəf müəyyən hissəni qanunsuz əldə edib və bununla bağlı cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin son qərarı olmadan ailələrin evlərindən zorla çıxarılması yolverilməzdir. Həmin ailələrə xüsusi statusun verilməsini tələb edirik”.

İş üzrə növbəti məhkəmə iclasının aprelin 2-də keçiriləcəyi gözlənilir. 

Ailələrin problemi ilə bağlı Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) artıq müvafiq dövlət qurumlarını məlumatlandırıb. GAMK sədriƏli Babayev bildirib ki, ailələr illərdir həmin ərazidə yaşayır, kommunal xərclər və digər vergiləri ödəyir:  “Onların evlərinin olduğu sahə dələduzluq sxemi üzrə mənimsənilib. Biz tələb edirik ki, istintaq hərtərəfli aparılsın və günahkarlar müəyyən olunsun”. 

Ə. Babayev məsələ ilə bağlı Gürcüstanın baş naziri, Baş Prokurorluğu,Ədliyyə Nazirliyi, Ombudsman Aparatına müraciətin hazırlandığını və bu günlərdə təqdim olunacağını söyləyib.

Çarəsiz qalmış azərbaycanlı ailələr son ümidlərini Azərbaycan dövlətinə bağlayıb. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyini məsələ ilə maraqlanmağa çağırıblar. Azərbaycan səfirliyindən isə bildirilib ki, azərbaycanlı ailələrin problemi nəzarətə götürüləcək və diqqətdə saxlanılacaq.

Ekspress.az
Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
Səbail yeniləşir
Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı – WESTERN CASPIAN-da

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018