AzNews.az BBC-yə istinadən xəbər verir ki, bildiriş bu gün Avropa İttifaqının sədri Donald Tuska çatdırılacaq.

Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, dövlət Avropa İttifaqından çıxmaq istəyirsə, öz konstitusiyasının tələblərinə uyğun şəkildə bu haqqında müraciət etməlidir. Bundan sonra ittifaqdan çıxmağın şərtləri barədə danışıqlar başlayır. Bu danışıqlara 2 ilə qədər vaxt sərf olunur.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Yelizaveta ölkənin Avropa İttifaqından çıxması haqqında qanun layihəsini martın 16-da təsdiqləyib.

Ekspress.az