Bizə yazın
Bakı
+16 °C
USD 1.7 RUR 0.0279 EUR 2.0981 AU 2282 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Lavrov vəzifəsindən gedir?
Rusiyada “Telegram” bağlanıb
“Maskalar yırtılsın...”
Hamilə müğənni səhnədə başından güllələnərək öldürüldü -VİDEO
Ərdoğan Əliyevi təbrik edib
Fransa da Suriyaya girir 
Ukrayna MDB-dən çıxır
Ermənistan prezidenti maaşdan imtina edir
Ərdoğan: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər"
Skripalın qızı Rusiyanın köməyindən imtina etdi
Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı - VİDEO
Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, 200-dən çox hərbçi ölüb - VİDEO
Türkiyədə valideyn məktəb direktorunu güllələdi
Peskov: “Rusiyada oliqarx yoxdur”
Sarkisyan üç müşavirini işdən qovdu
Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Türkmənistanda qadın çimərlik geyimləri qadağan edilib
ABŞ-ın planını pozurlar...
“YouTube” ofisinə atəş açan qadın azərbaycanlı imiş - VİDEO
Türk-rus atomu...
Saakaşvili Gürcüstana qayıdır
NATO rusiyalı diplomatlara viza verməyəcək
Ankarada mühüm görüş
Ərdoğan, Putin və Ruhani bir araya gəlir
Putin Türkiyəyə gedir
Türkiyə SQ-dan yeni ƏMƏLİYYAT - Afrinin dağlarında
“Söyləyibsə, həddini aşıb...”
Ərdoğan: “Makron qəribə fikirlər səsləndirir”
Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur
Daha bir Avropa ölkəsi Rusiyadan səfirini geri çağırdı
Tramp şəxsi həkimini nazir təyin etdi
"Zimnaya Vişnya" ticarət mərkəzinin rəhbəri həbs edildi -FOTO
Rusiya diplomatları Avropadan qovulmaqda davam edir
Bolqarıstan Rusiyadakı səfirini geri çağırdı
Məşhur ata-oğul eyni gündə qəzaya düşdü
Jirinovski: Avropa Rusiyanın simasında düşmən yaradır ki, Aİ dağılmasın
Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan təmizləyib - YENİLƏNİB
Poroşenkonun çıxışı zamanı gözlənilməz olay - VİDEO
Məmur yanğına görə üzr istədi, diz çökdü - VİDEO
24 ölkədən 134 rusiyalı diplomat qovuldu - Tam siyahı
"Twitter"dən kriptovalyuta QADAĞASI
Sarkozi saxlanıldı
“Erməni kartı” ilə amerikan blefi...
Kreml xəyalpərəsti...
Kralın qızı həbs edildi - Ayaqlarını öpdürdüyü üçün
BÜTÜN XƏBƏRLƏR
DÜNYA2017-04-06 21:49

Tramp Əsədi yıxacaq...

 
133
İdlib faciəsi ABŞ prezidentinin Suriya rejiminə münasibətini dəyişdirdi
 
“Suriya rejiminə və Əsədə qarşı münasibətim kəskin dəyişib”. Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.  

“Telegraph”a xəbər verir ki, Tramp Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silahdan istifadə etməsinə münasibət bildirərkən deyib: “Uşaqlara edilən hücum məni çox sarsıtdı. Suriya rejiminə və Bəşər Əsədə qarşı mövqeyim çox dəyişdi. İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi qırmızı xəttin keçilməsi deməkdir. Mənim üçün çox şeylər dəyişdi”.
Tramp Əsəd rejiminə qarşı hərəkətə keçməyin vaxtının çatdığını bildirib. “Kimyəvi silahlardan istifadəyə qarşı hərəkətə keçmə məsuliyyətim var. Baş verənlər qəbuledilməzdir. Günahsız insanlar, uşaqlar və körpələr öldü. Əsəd rejiminin iyrənc fəaliyyətlərinə izn verə bilmərik”.

Qeyd edək ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Suriya siyasətini dəyişdirərək Əsədə münasibətini yumşaltmışdı. Maraqlıdır ki, İdlib faciəsi ərəfəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley demişdi ki, Bəşər Əsədin istefa verib-verməməsi artıq ABŞ üçün önəmli deyil: “Biz bundan öncəki hökumətin getdiyi yolu getməyəcəyik. Yeni administrasiya olaraq, əsas hədəfimiz Bəşər Əsədi devirmək deyil. Bizi maraqlandıran Suriya xalqıdır. Bu xalqın həyatında dəyişikliklər etmək üçün nələr edə bilərik və kiminlə çalışa bilərik? Bizi bu düşündürür”.

Amma belə görünür ki, İdlibdə Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi Ağ Evin mövqeyini yenidən korrektə etməsinə səbəb olub.
ABŞ-ın vitse-prezidenti Mayk Pens isə “Fox News” telekanalına müsahibəsində bəyan edib ki, Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub, rəsmi Moskva və Dəməşq üzərilərinə götürdükləri öhdəliklərə əməl etməyiblər: “Bizə deyirdilər ki, kimyəvi silahların məhv edilməsinə dair razılaşma mövcuddur, artıq Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməyəcək. Lakin bu baş vermədi. Ötən gün İdlibdə baş verənlər dəhşətdir”.

Pens həmçinin bildirib ki,  Obama administrasiyası Əsəd rejiminin zorakılığına müqavimət göstərməkdə aciz qalıb, eyni zamanda Rusiya və Suriyanı üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edə bilməyib.  

Bu arada Arizona ştatının Respublikaçılar Partiyasından olan senatoru Con Makkeyn bildirib ki, “Tramp Suriyada proseslərin gedişatını dəyişdirəcək”.
“Report”un  “TRT-Haber”ə istinadən verdiyi xəbərə görə, senator deyib: “Üzləşdiyimiz vəziyyət nə qədər qarmaqarışıq olsa da, prezident Tramp və hökuməti Suriyada hadisələrin gedişatını dəyişdirəcək, 400 min suriyalının ölümünə və 6 milyon insanın qaçqın vəziyyətinə düşməsinə səbəb olan bu humanitar və strateji fəlakətə müdaxilə etmək üçün əlverişli şərait var. Bu fürsəti qaçırmamaq üçün bəzi çətin strateji suallara cavab verməyə ehtiyac olacaq. Ancaq bu fürsəti dəyərləndirənədək savaş, terror və qaçqın axını davam edəcək, ABŞ-ın milli təhlükəsizlik mənafeləri daha böyük risklərə məruz qalacaq”.

Makkeyn vurğulayıb ki, eks-prezident Barak Obama Suriya məsələsinin həllində qərarsızlıq göstərərək, proseslərə müşahidəçi kimi yanaşıb.

Arkanzas ştatının Respublikaçılar Partiyasından olan senatoru Tom Kotton da oxşar açıqlama yayıb. O bildirib ki, Suriyada Bəşşar Əsəd rejimi kimyəvi silahdan istifadə edərkən, ABŞ-ın o zamankı prezidenti Barak Obama və hökuməti lazım olan addımı atmayıb və bu da ABŞ-ın dünyadakı təhlükəsizliyinə və nüfuzuna zərbə vurub: “Zalımlıqlarına görə, Əsəd hökuməti, İran və Rusiyanın məsuliyyət daşıması üçün Suriyaya yönəli daha güclü siyasətin yürüdülməsinin zamanıdır. Bu siyasət Əsədin Suriyanı tərk etməsi ilə başlamalıdır”.

Cənubi Karolina ştatının Respublikaçılar Partiyasından olan senatoru Lindsey Graham isə Suriyadakı vəziyyətlə bağlı “Twitter” səhifəsində bunları yazıb: “İdlibdəki hava hücumunu Əsəd rejiminin həyata keçirməsinə heç bir şübhəm yoxdur. İndi prezident Trampın xarici siyasətdə əsas məsələnin diktatorlara qarşı mübarizə aparmaq olduğunu və Barak Obama olmadığını sübut etməyin zamanı gəlib çatıb. Məsələ Əsəd və Suriya olduğundan prezidentin sələfi kimi eyni xətanı təkrarlayacağına inanmıram”.

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın ilkin nəticələrini açıqlayıb.  

APA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, Bozdağ analitik ekspertizada kimyəvi silahdan istifadə edildiyinin üzə çıxdığını bildirib.  
Qeyd edək ki, aprelin 4-də səhər saatlarında müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb. O cümlədən  11 uşağın öldüyü bildirilir. 500-ə yaxın mülki şəxs isə kimyəvi bombadan zəhərlənib.
İdlibə kimyəvi bombaların Suriya, yaxud Rusiya qırıcı təyyarələrindən atıldığı bildirilir. Rusiya Müdafiə Nazirliyi isə Han Şeyhun qəsəbəsində silahlıların hərbi anbarının bombalandığını və anbarda kimyəvi silah saxlandığını iddia edib.

Əsəd: “Müharibəni udmasaq, Suriya xəritədən silinəcək”

“Əgər bu müharibəni biz udmasaq, Suriya dünya xəritəsindən silinəcək”. Bu sözləri  isə Suriya prezidenti Bəşər Əsəd Xorvatiya mətbuatına müsahibəsində deyib. 
Əsəd əldə etdiyi uğurları ordusu və xalqın qətiyyətinə, həmçinin Rusiya, İran və “Hizbullah”ın köməyinə borclu olduğunu deyib: “Bizim bu müharibədə qalib gəlməkdən başqa seçimimiz yoxdur. Bu baş verməsə, Suriya Yaxın Şərq xəritəsindən yox olacaq”.

F.Bayramlı
 
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...
Serj Sarkisyan Ermənistanın baş naziri seçilib

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018