AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, memorandumun fəaliyyətinin dayandırılması ilə bağlı bu gün Rusiya XİN bəyanat yayıb. Bəyanatda deyilir:

“Rusiya Suriyadakı əməliyyatlarda uçuşların təhülkəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması ilə bağlı ABŞ-la imzaladığı memorandumun işini dayandırıb.”

Ötən gecə ABŞ hərbi gəmiləri 59 qanadlı raket buraxaraq Suriyanın Homs vilayətindəki “Şəyrat” hərbi bazasına raket zərbələri endirib. Nəticədə, 6 Suriya hərbçisi həlak olub. Rəsmi Vaşinqton İdlibə kimyəvi silahın məhz bu bazadan atıldığı qənaətindədir.

Ekspress.az