AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edən vətəndaşların daha geri qayıda bilməyəcəyini bildirib: "Bu şəxslər avtomatik olaraq vətəndaşlıqdan məhrum olunurlar. Artıq bu qanunvericiliklə tənzimlənir".

Nursultan Nazarbayevin sözlərinə görə, hazırda İŞİD-in sıralarında Qazaxıstandan çıxmış 500-600 nəfər döyüşçü var: "Ümumiyyətlə keçmiş sovet ölkələrindən terror təşkilatına qoşulanların sayı 5 min nəfəri ötüb. Biz İŞİD-dən geri qayıdan insanlarla profilaktik işlər aparmaq istədik, amma bu nəticə vermədi. Ona görə də ən təhlükəsiz yol onların ölkəyə qayıtmasının qarşısını almaqdır".

Ekspress.az