AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin şimal hissəsində qum fırtınası tüğyan edir. Paytaxt Pekin ilə yanaşı bir neçə şəhərdə qalın toz qatı müşahidə olunur. Toz dumanı görüş məsafəsini məhdudlaşdırıb. Hətta, bəzi yerlərdə insanlar çölə çıxmaqdan çəkiniblər. Rəsmilər sakinlərə vacib olmadığı halda çölə çıxmamağı məsləhət görüb. Xüsusilə, uşaqların çölə buraxılmaması üçün xəbərdarlıqlar edilib. Vəziyyətlə əlaqədar onlarla aviareys təxirə salınıb.

Məlumata görə, qum fırtınası ölkəyə qonşu Monqolustandan daxil olub. Pekinin ətraf-mühit agentliyi açıqlamasında hazırda 1 kub metr havada 500 mikroqram çirklənmənin olduğunu qeyd edib. Dünya Səhiyyə Təşkilatı çirklənmə həddinin 1 kub metrdə 25 mikroqrama qədər olmasını təhlükəsiz hesab edir. Ondan daha yüksək hədd isə sağlamlıq üçün ziyanlıdır. Rəsmilər paytaxt sakinlərinin bu gün axşama qədər pis hava şəraitindən əziyyət çəkəcəyini deyiblər.

Ekspress.az