AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Corciya ştatında şiddətli qasırğa dağıntılar törədib.

Əsasən, Qarden Siti şəhərində 20-ə yaxın tikiliyə ziyan dəyib.

Qasırğa, eyni zamanda, avtomobil hissələri satan marketə də ziyan vurub.

Qasırğanın sürəti saatda 180 kilometrə çatıb. Güclü külək ağacları kökündən çıxarıb, onlarla avtomobilləri aşırıb.

Qasırğa nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. 900-dən çox evin elektrik enerjisi kəsilib. Şəhər rəhbərliyi qasırğanın törətdiyi dağıntıları aradan qaldırmağa çalışır.

Ekspress.az