AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın Mosul şəhərində məktəbə atılan raket nəticəsində 81 nəfər ölüb. Ölənlər arasında 34 kişi, 29 qadın və 18 uşaq var.

Məlumata görə, insanlar bölgədə gedən döyüşlərlə əlaqədar məktəbə sığınıbmışlar.

Raket zərbəsi İraq hərbi qüvvələri ilə silahlılar arasında gedən döyüşlər zamanı endirilib. İraqın təhlükəsizlik strukturları hücumla bağlı açıqlamada qeyd ediblər ki, məktəb İŞİD terrorçularının nəzarəti altında olan bölgədə yerləşir.

Hələki raket zərbəsinin kim tərəfindən endirildiyi məlum deyil. Heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Ekspress.az