AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Park Kın He məhkəmədə təqsirsiz olduğunu bildirib.

Koreya hökuməti Park Kın Heni rüşvətxorluq, vəzifədən sui-istifadə və dövlət sirlərini aşkar etməkdə ittiham edir.

Park Kın He mart ayında həbs olunmuşdu.

Cənubi Koreyada rüşvətxorluğa görə ən ağır cəza ömürlük azadlıqdan məhrum edilmədir.