AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs “İŞİD” və “əl-Qaidə” terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar zamanı saxlanılıb.

Xalis Bayansuk "Əbu Xənzəl" ləqəbi ilə məşhurdur. İndiyə qədər o, 4 dəfə həbs olunsa da, qısa müddət sonra azadlığa buraxılıb.

Xalis Bayansuk “İŞİD”in məqalələrini dərc etməkdə və terror qruplaşmasına üzv toplamaqda ittiham olunub.

Sonuncu ittihamlar isə onun Türkiyə rəhbərliyinə qarşı səsləndirdiyi təhdidlərlə bağlıdır.

Ekspress.az