AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn də oxşar addım atıb.

Sözügedən ölkələr Qətəri terrorizmə dəstək verməkdə ittiham edirlər.

Ərəb hökumətləri qətərli diplomatların ölkədən çıxması üçün onlara 48 saat vaxt verib. Bundan başqa, Qətər vətəndaşlarının da bu ölkələrdən çıxması üçün 2 həftə vaxt müəyyən edilib.

Qeyd edək ki, Qətər ilə ərəb ölkələri arasında münaqişə ər-Riyadda keçirilən Fars Körfəzi Ölkələri ilə Amerika Birləşmiş Ştatları sammitindən bir həftə sonra başlayıb.

Qətərin informasiya agentliyi Qətər əmirinin adından İranla əlaqələrin bərpa olunmasına dair çağırış edib. Lakin daha sonra Qətərin Xarici İşlər Nazirliyi agentliyə məxsus vebsaytın xakerlər tərəfindən hücuma məruz qaldığını və məqalənin də xakerlər tərəfindən dərc olunduğunu bildirib. Bununla belə, Səudiyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri təkzibin inandırıcı olmadığını deyib. Birləşmiş Ərəb Əmirlikləri Qətəri siyasətini dəyişməyə və əvvəlki səhvləri təkrarlamamağa çağırıb.

Məsələ ilə əlaqədar İran hökumətindən də reaksiya gəlib. Rəsmi Tehran bildirib ki, Qətər skandalı Yaxın Şərqin böhrandan çıxmasına kömək etməyəcək.

“Diplomatik əlaqələrin kəsilməsi, sərhədlərin bağlanması böhranın nizamlanması yolu deyil. Daha əvvəl qeyd etdiyim kimi təcavüz və işğal təkcə stabilliyin pozulmasına gətirib çıxaracaq” – deyə İran administrasiyası heyətinin baş direktor müavini Həmid Əbutalibi qeyd edib.

Ekspress.az