"İrma" qasırğası hava limanını yerlə yeksan edib - Trampın binaları dağılıb - VIDEO
“İrma” qasırğası Sen Marten adasında yerləşən dünyanın ən təhlükəli “Şahzadə Yuliyana” Hava Limanını darmadağın edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sürəti saatda 295 kilometrə çatan küləklər hava limanı terminalını, binaları və təyyarələri istifadəsiz hala salıb. Kiçikhəcmli təyyarələrdən bir neçəsi sürüklənərək yaxınlıqdakı qayalıqlara çırpılıb. Uçuş-enmə zolağı tamamilə toz-torpaqla örtülüb.
Hava limanında bütün aviareyslər təxirə salınıb.
“Şahzadə Yuliyana” hava limanı dünyanın ən təhlükəli 10 hava limanından biridir. Bu hava limanın uçuş-enmə zolağı Maxo çimərliyinin bir neçə metrliyindən başlayır.Təyyarələr havalandıqda və ya hava limanına endikdə çimərlikdəki insanların başının üzərindən - 10-20 metr hündürlükdən keçir.
Qeyd edək ki, adada olan bir sıra daşınmaz əmlaklar ABŞ prezidenti Donald Trampa məxsusdur. Onun adadakı "Le-Şato-de-Palmye" villası satışa çıxarılıb.
Ekspress.az