Bizə yazın
Bakı
+12 °C
USD 1.7 RUR 0.0279 EUR 2.0981 AU 2282 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Ermənilər atəşkəsi 102 dəfə pozub
Prezident Nazirlər Kabinetinin iclasını keçirib
Ermənilər atəşkəsi 92 dəfə pozub
Ermənilər atəşkəsi 75 dəfə pozub
Ermənilər atəşkəsi 87 dəfə pozub
Aprel qələbələrinin ildönümüdür
31 Mart soyqırımı: Bir əsr keçdi...
Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir -VİDEO
MN: Rusiyadan alınan silahlar yararsız deyil
Zakir Həsənov Ərdoğanla görüşüb - FOTO-VİDEO
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İran biznes forumu keçirilir
Ermənilər atəşkəsi 110 dəfə pozub
Əliyev və Ruhaninin təkbətək görüşü olub
Mehriban Əliyeva Rusiya səfirliyinə gedib başsağlığı verdi
Ermənilər atəşkəsi 119 dəfə pozub
Prezident və xanımı Bona Dea Beynəlxalq Hospitalının açılışında - YENİLƏNİB
Düşmən atəşkəsi 84 dəfə pozub
Düşmən atəşkəsi 97 dəfə pozub
Prezident Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
Prezidentdən Novruz təbriki
Ermənilər atəşkəsi 90 dəfə pozub
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib - VİDEO
Düşmən atəşkəsi 96 dəfə pozub
Prezident  Quba Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayırdı
Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb - VİDEO
Düşmən atəşkəsi 87 dəfə pozub
Prezident Gənclər Fonduna icraçı direktor təyin etdi
Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - VİDEO
Təlimlərdə qoşunlar gecə vaxtı yerdəyişməni icra edib - VİDEO
Düşmən atəşkəsi 89 dəfə pozub
Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir -VİDEO
 İlham Əliyev: "Seçkilər ədalətli, şəffaf keçiriləcək"
Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini qəbul edib
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev ATƏT PA sədrini qəbul edib
Düşmən atəşkəsi 100 dəfə pozub
Kimlərin maaşı artırıldı? - SİYAHI
Daxili Qoşunların hərbi qulluqçuları təltif edildi - SİYAHI
Ordumuz genişmiqyaslı təlimlər keçirəcək
Ermənilər atəşkəsi 92 dəfə pozub
Monitorinq insidentsiz başa çatdı
Prezident Bakı Şəhər Statistika İdarəsinin yeni binasının açılışında
Düşmən atəşkəsi 93 dəfə pozub
Prezidentdən Azərbaycan qadınlarına təbrik
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM2017-10-25 22:50

Penitensiar Xidmət ələk-vələk edilir

 
128
Məhbusların qaçışı:  Generalın bacısı oğlu və daha iki nəfər həbs edildi   
Penitensiar Xidmətin 10 əməkdaşı ədliyyə orqanlarından qovuldu, 3 nəfər vəzifədən azad olundu
 
 

 
 
Çərşənbə günü Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətinin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, hər üç şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyri-rəsmi məlumatlarda həmçinin bildirilirdi ki, Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi  Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb.
Ümumiyyətlə, xəsis rəsmi məlumatlar nəticəsində ortalıqda işdən çıxarılanlarla bağlı müxtəlif rəqəmlər dolaşırdı.

Məsələn, “Report”un əldə etdiyi məlumata görə, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları - Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub.

Bundan başqa, oktyabrın 25-də  barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov da ədliyyə orqanlarından xaric edilib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayət Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Ə.Ağaminin “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, həbs edilənlərdən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

***
Yeri gəlmişkən, Ədliyyə Nazirliyi və Baş Prokurorluq çərşənbə günü günün ikinci yarısında birgə məlumat yaydı və bununla da Penitensiar xidmətdəki situasiyaya aydınlıq gətirildi. APA-nın xəbərinə görə, məlumat deyilir:

23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.  
Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür.   Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.  
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.  
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.  
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.  

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.   İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə - təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.  

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Poladxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilib.  

Hazırda mühafizə altından qaçdıqlarına görə E.Məmmədov və Ə.Ağami Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub. Cinayət işi üzrə E.Məmmədov və Ə.Ağaminin tutulması, eləcə də cinayətin baş vermə şəraiti, əməllərində cinayət tərkibi olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.
A.Xəlil
Ermənistana məxsus kvadrokopter məhv edilib
Ermənilər atəşkəsi 110 dəfə pozub
Ermənilər atəşkəsi 115 dəfə pozub
Tam, qəti və şəksiz zəfər...

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018