Ekspress.az Qol.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi” ilə Topaz Premyer Liqanın 16-cı turunun “Neftçi”yə qarşı görüşünün 90-cı dəqiqəsində rəqib məşqçi, həmyerlisi Aleksandr Deriberin ilə mübahisə etdiyi üçün tribunaya göndərilib.

Qeyd edək ki, R.Qriqorçuk bu mövsüm Premyer Liqada ikinci dəfə eyni cəzaya məruz qalır.

Bundan başqa, baş hakim Fariz Yusifov A.Deriberini də texniki zonadan qovub.

Qeyd edək ki, oyunda Qəbələ Neftçi üzərində 1:0 hesablı qələbə qazanıb.