“Haqqın.az” saytı xəbər verir ki, 2015-ci ildə Azərbaycanı tərk edərək, Hidistanın gənclər ibarət milli komandasını çalışdırmaq üçün bu ölkəyə köçən Adam və köməkçisi İbrahimov futbolçuları döyməkdə ittiham olunurlar. Hindistan Futbol Federasiyası tərəflərin qarşılıqlı anlaşma yolu ilə ayrıldığını bəyan edib. Hətta Adama 4 milyon rupi (60 min dollar) məbləğində kompensansiya da verilib (4 aylıq əmək haqqı).

Belə ki, ötən ay yığma komandanın 21 üzvü Hindistan Futbol Federasiyasına məktub yazaraq hər iki şəxsin onlara fiziki və psixoloji təzyiq göstərdiklərini bəyan edib. Futbolçular onları mütəmadi döyən bu şəxslərin rəhbərliyi altına məşq etməyəcəklərini bəyan ediblər ("aznews.az").

Hindistanın gənclərdən ibarət futbol yığma komandası Adamın rəhbərliyi altında 26 matç keçirib, onların yalnız dördündə qalib gəlib.