Bizə yazın
Bakı
+13 °C
USD 1.7 RUR 0.0278 EUR 2.0862 AU 2268 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

FİFA futbol qaydalarını dəyişdirir
"Qarabağ" "ən yaxşılar" arasında - FOTOLAR
"Barselona" klubu avtoqollar üzrə rekord müəyyənləşdirib
Yeddi yaşlı azərbaycanlı gimnast Mina Abbasovadan növbəti qələbə
Qurban Qurbanovun oğlu milliyə çağırıldı
“Bakcell”dən beynəlxalq uşaq şahmat turnirinə dəstək
Vaxtilə tanınmış basketbolçu idi, indi isə aeroportda yaşayır - FOTOLAR
UEFA reqlament dəyişikliyini təsdiqləyib
Güləşdə dəyişikliklər: parter məhdudlaşdırılır, qırmızı kart verilir
Oyun zamanı meydana girib, Ronaldunu öpdü -VİDEO
Türkiyəli futbolçu Bakıda dəm qazından öldü
“Hərdən bir az şərab içirəm” - Messi
İsko "Real"dan ayrılır
Cavid Rasimin ölümü ilə bağlı gizlinləri açdı - İlk dəfə
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb
Böyükağa Hacıyev vəfat edib
Mahir Mədətovla Ramil Şeydayev U-21 millimizdə
Hakimi döyən futbolçuya ağır cəza – Region Liqasında
AFFA İntizam Komitəsi "Kəpəz"i cəzalandırıb
“Qarabağ Vyana” baş məşqçisi ilə yollarını ayırıb
Futbolçularımız toyda içib oyuna getmədilər
“Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb
Məşhur futbolçunun oğlunu döydülər -FOTOLAR
Olimpiya mükafatçısı ölü tapıldı
Messinin evinin üzərindən təyyarə uça bilməz - Maraqlı qadağa
Mustafa Dənizli həbs oluna bilər
Zidan Ronaldonu heyətə daxil etmədi
Neymar onu “PSJ”-dən qovub, yerinə dostunu gətirdir
“Qarabağ” Avropada üçüncüdür
“Qarabağ” – “Kəpəz” oyunundakı qolun müəllifi dəyişdirilib
Pxençan-2018:
Ağ Olimpiada başa çatdı
 
Cəmi bir idmançımız var idi, o da finişə çata bilmədi
Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı
Millimizin iki futbolçusu evləndi
Baş məşqçiliyi 4 gün çəkdi
"O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim" - Qara Qarayev
"Sumqayıt"dan istefa verdi, "Neftçi"yə gəldi
"Neftçi"nin prezidenti istefa verib
Pxençan-2018: Bundestim aranı açır...
“Heç nə mümkünsüz deyil” - Neymar
Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlandı
Ramil Şeydayev ilk qolunu “Qəbələ”yə vurdu - VİDEO
Evindən 70 min manat oğurlanan idmançı: “Oğru rəfiqəmin tanışıdır”
Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
BÜTÜN XƏBƏRLƏR
İDMAN2017-09-27 09:03

Bu gün "Qarabağ" Bakıda "Roma"nı qəbul edəcək

 
390
Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək. “Report” xəbər verir ki, Ağdam təmsilçisi II tur çərçivəsində İtaliya təmsilçisi “Roma”nı qəbul edəcək.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu adına ilkə imza atan “köhlən atlar” romalılarla görüşdə daha bir tarix yazacaq. Satışa çıxarılan bütün biletlərin satıldığı üçün Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı rekord sayda - 65 min azarkeş izləyəcək.

ÇL-də debüt matçında İngiltərədə “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ” avrokuboklarda ev oyunları zamanı müsbət nəticə əldə etməyi bacaran bir kollektivdir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda keçirdiyi son 9 görüşdən yalnız 1-də uduzub. Ağdamlılıar 2016-cı il dekabrın 8-də Avropa Liqasının qrup mərhələsi matçında digər İtaliya təmsilçisi “Fiorentina”ya məğlub olub (1:2).

“Qarabağ” İtaliya klublarına qarşı keçirdiyi oyunlarda yaxşı nəticə əldə edə bilmir. Azərbaycan çempionu 4 oyundan 3-də uduzub, 1-də heç-heçə edib. Ağdam komandası evdə “Fiorentina”ya yenilməklə bərabər, 2014/2015 mövsümündə Avropa Liqasının qrupunda “İnter”lə heç-heçə edib. Milanda rəqibinə 2 cavabsız qolla uduzan Q.Qurbanovun rəhbərlik etdiyi kollektiv, İtaliyada “Fiorentina”ya böyük hesabla məğlub olub (1:5).

“Roma” ümumilikdə 10-cu, son 4 mövsümdə isə 3-cü dəfə ÇL-in qrupunda çıxış edəcək. İtaliyalılar ötən mövsüm ÇL-in “pley-off” mərhələsində Portuqaliya “Portu”suna uduzub və mübarizəni Avropa Liqasında davam etdirib. Burada 1/8 finala qədər irəliləyən “Roma” iki oyunun nəticəsinə əsasən, Fransa “Lion”una məğlub olub – 4:5 (2:4, 2:1).

Yeni mövsümün ilk turunda İspaniyanın “Atletiko” komandası ilə qolsuz heç-heçə edən romalılar ÇL-də son 7 matçda qalib gələ bilməyiblər. Sonuncu qələbə 4 noyabr 2015-ci ildə Almaniya “Bayer”i ilə görüşdə olub – 3:2. Bu, həm də turnirdə son 16 görüşdə yeganə qalibiyyətdir. Paytaxt komandası ötən mövsüm Avropa Liqasında 5 səfər oyunundan 2-də qalib gəlib. Lakin "sarı-qırmızılar" ÇL-də son 10 səfər qarşılaşmasından qələbəsiz ayrılıblar.

Komandalardan heç birinin heyətində cəzalı futbolçular olmasa da, zədəlilər gözə dəyir. “Roma”dan hollandiyalı arxa xətt oyunçusu Rik Karsdorp, nigeriyalı müdafiəçi Nura Abdullahi və çexiyalı hücumçu Patrik Şik zədə üzündən "Qarabağ"la görüşdə iştirak etməyəcək. Argentinalı forvard Dieoqo Perottinin durumu isə sual altındadır. Ağdam təmsilçisində isə sol cinah müdafiəçisi Ansi Aqollinin durumu sual altındadır. Albaniyalı futbolçu zədəsini sağaltsa da, oynamağa tam hazır deyil.

Hər iki kollektiv ötən həftə ölkə çempionatında son oyunlarını evdə keçiriblər və qalib gəliblər. “Roma” “Udineze”ni 3:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası, II tur

C qrupu

27 sentyabr

20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)

Baş hakim: Artur Dias

Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares

Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro

Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)

Hakim-inspektor: Haim Yakov (İsrail)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya stadionu.

Ekspress.az
Formula 1 komandaları gələn həftədən Bakıya gəlir
Futbol üzrə Azərbaycan çempionatında dava düşüb
"Ürəyin yerində zibil vedrəsi olmamalıdır" - Buffon hakim haqda
“Roma” prezidenti fontana tullandı - VİDEO

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018